Icma.az
close
up
RU
Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm Ayxan Abbasov

Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm Ayxan Abbasov

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazrlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə bilsəydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik".

- Mahir Emrelinin oyununu necə şərh edərdiz?

- Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. İmkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Ona da dəstək olmalıyıq, pis təsir bağışlamadı. Gələn oyunda rotasiyalar da olacaq. Mahir də maksimum kömək etməyə çalışdı.

- Komanda layiqli mübarizə apardı. Bu gün itirilən güc və buraxılan qollar komandaya psixoloji təsir edəcək? Üç gündən sonra komandadan nə gözləmək olar?

- Fiziki cəhətdən çətinlik olacaq. Heyətimiz genişdir, baxacağıq. Sabah və birigün vaxtımız var. Bərpa olunmağa çalışacağıq. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa vaxtda oynamağa öyrəşməliyik. Oyunçularla danışacağıq. İkinci qolda standart vəziyyətdə diqqətli ola bilərdik. Daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən də nəticə çıxaracağıq.

- 45+2-ci dəqiqədə qol buraxdıq. Fasiləyə 0:0 getsəydik, böyük sensasiya baş tutardı?

- Bir şeyi deyim ki, o qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və o sürətlə uzaq küncə vurdu. Futbolçularım maksimumu etdilər ki, qarşısını alsınlar. Ancaq bu cür oyunçunun qarşısını almaq çətindir. Bəlkə ikinci hissə bizim üçün daha çətin olardı. Bilmək olmaz. Komanda inanırdı ki, mübarizə apara bilərik. Bu da bizim üçün vacib idi.

- Mahirin meydanda qalması məcburiyyətdən idi? Sanki onu əvəzləmək istəyirdiniz...

- Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə 2 futbolçunu çıxarmaq istəmədik. Toral Bayramov da hər mövqedə oynaya bilən oyunçudur. İstədiyimiz dəqiqəni saxlaya bilmədik. Hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Amma o dəqiqələrdə qol oldu. Rəqibin hücumlarına hazırlaşmışdıq. İslandiya və Ukrayna ilə oyunlarda da hər iki komanda müdafiə olunmuşdu. Bu hücumlara hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.

- Oyunun ən yaxşılarından biri Abdulla Xaybullayev idi..

- Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır. 

- Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?

- Əvvəlkindən danışmaq çətin olar. Düz olmazdı. Millidə olmayanda da suallar olurdu. Önəm verəcəyimiz mövzudur. A Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq 1 oyun olmuşam. böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq.

Mirbağırağa / Fransa. “Park de Prens” stadionu

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Oktyabr 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri