Icma.az
close
up
RU
Samir Abbasov: Futbolçularıma həddindən artıq təşəkkür edirəm

Samir Abbasov: Futbolçularıma həddindən artıq təşəkkür edirəm

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah”, “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Onun üstünə qoyaraq, meydanda udmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiz ki, “Neftçi” hansı kalibrda olan komandadır. Böyük komandadır. Heç-heçə belə, bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etsən də ki, yeni komandayıq. Reallıq budur. Məndən əvvəl də belə olub, mənim dövrümdə də belə olacaq, bundan sonra da belə olacaq. Qaçılmazdır".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasında 5-ci turun son oyununda "ağ-qaralar"ın "Sumqayı" 2:0 hesabı ilə məğlum etdikdən sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, reallıq komandanın göstərdiyi oyundur: "Birinci gündən nəticələr gözləntiləri vermirdi... Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nələr deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nələrsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldır. Amma siz bizim yanımızda deyilsiz, prosesləri bilməyə bilərsiz. Qısası sizlik deyil də. Bizimlə deyilsiz. Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudur".

Samir Abasov əlavə edib ki, "Neftçi" də yeni komandadır: "Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni istəməyənlər, “Neftçi”ni istəməyənlər...Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərliyimizdir. Onlar mənim arxamdadır, bu vaxta qədər görmədiyim bir şeydir. Qalibiyyət üçün nə lazımdırsa....Hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir. Şəxsən mən və komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar. Yeni qələbələr üçün təkan olar".

Baş məşqçi bildirib ki, hansısa məşqçi deyirsə ki, bu futbolçunu öncədən düşünərək meydana buraxdım, yalandır: "Hardan bilək ki, o qol vuracaq? Sadəcə görürsən kimsə oyundan düşür, meydana buraxırsan. Onun qol vuracağını bilmirdim. Futbolçularımızın hamısı şans alacaq. Uzun müddət oynamayanlar da oynayacaq. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, alınmırdı, son nöqtədə paslar alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçən ilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu... Futbolçular bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq"".

O, Sessi Almeydanın penalti epizodu haqda da fikrini bölüşüb: "Bunu qəsdən etdi deyə, çevirmək olmur. Bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidir. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”dir, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdır. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və udaq. Bunu da əlimizdən alırsa, əlbəttə ki, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Sentyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri