Icma.az
close
up
RU
Ayxan Abbasov: Futbolçularıma inanıram

Ayxan Abbasov: Futbolçularıma inanıram

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində sabah Bakıda Litva yığmasını qəbul edəcək.

Sportal.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Litva da, biz də bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Bəzi futbolçular 90 dəqiqə meydanda oldular. 4-cü oyunumuza çıxırıq. Futbolçularla söhbətimiz oldu. Təəssüf ki, son matçda qələbə qazana bilmədik. O matçdan daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Futbolçularıma inanıram. Lixtenşteynlə qarşılaşmanı unudub, Litvaya qarşı mübariz oynamalıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik.

- Tənqidlər çoxdur. Futbolçularla nə danışırsız?

- Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Oyundan dərhal sonra futbolçularla təkbətək söhbətlərimiz oldu. Bəzi oyunçular var ki, buradakı təzyiqi hiss edirlər və klubdakı qədər rahat çıxış edə bilmirlər. Həmin futbolçulara baxsaq, milli karyeraları təzə-təzə başlayır. Onlara vaxt lazımdır. Təcrüəbl oyunçularımız da var. Milli bu cür vəziyyətlərə düşüb. İnanırıq. Bundan da çətin vəziyyətdə komanda toparlanmışdı. Bir oyunla hər şey bitmir. Bu oyunlar bizə çox şey verir. İstəyirik ki, qrup lideri olaq. Gələn tsikldə C Liqası tam başqa cür keçiriləcək. Güclü rəqiblər daha çox olacaq. Komanda formalaşdırmaq üçün hansısa yolu keçməlisən, futbolçuları tanımalısan. Hər gün bizim üçün yenilik və sınaqdır. Bunlar hamısı bizim üçün təcrübədir. 

- Malta və San-Marinonu uda bilməyəndə milli siqnal verirdi ki, Litva və Lixtenşteyni uda bilməyəcəyik?

- Orada oyunlardan öncə media nümayəndələri ilə bərabər idik. Suallar olurdu ki, Litva və Lixtenşteynin yer aldığı qrupda çətin olacaq? Demişdim ki, çətin olacaq. Malta ilə görüşdə epizodlarımız var idi, dəyərləndirə bilmədik. Eyni ssenari Lixtenşteynlə görüşdə oldu. San-Marino və Tacikistana qalib gəldik, amma məmnun olmadıq. Həm yaxşı oyun, həm böyük hesablı qalibiyyət istəyirik. Azarkeşlər haqlıdır. Bu gün öz gücümüzü tam qəbul etmirik. Bəhanə kimi demirəm, hücum xəttində Mahir Emreli və Musa Qurbanlıdır. Komanda olaraq Mahirə köklənmişik. Futbolçularımız az oynayır. Klubdakı qol duyumları azdır. Tam ideal formada deyillər. Bu da istər-istəməz komandaya təsir edir. Bu çətinliklərin içərisində təslim olmamalıyıq.

- Nəzərə alsaq ki, futbolçularımız oynamır, legioner limiti də yoxdur. Qarşıdakı tsikllər də bu cür davam edəcək?

- Tək limiti bəhanə etməyək. Rüfət Abbasovu qeyd edə bilərik ki, öz klubunda rəqabətdə legioner futbolçunu qabaqlayır. Klublarda verilən şansları düzgün dəyərləndirmək lazımdır. İddialı klublarda rəqabət aparmaq daha çətindir. Bizi sevindirən odur ki, Renat yeni kluba getdi. Gedəndən mütəmadi oynamağa başlayıb. Onun Ukraynada yaxşı oynaması birbaşa milliyə təsir edəcək. Mahir oynayır, klublarımızda oynayanlar var. Digərləri də rəqabətdə udmalıdırlar. Çıxış yolumuz futbolçuların daha yaxşı formada olmasıdır. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri