“Futbolçunun kartını alsan, gecə ilə səni öldürər” Şahin Diniyev
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan yığması, “Kəpəz”, “Səbail” kimi klublarda işləmiş təcrübəli məşqçi Şahin Diniyev yutubda yayımlanan “11 adam” podkastının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, o, maraqlı açıqlamaları ilə diqqə çəkib.
Ş.Diniyev “Kəpəz”də işləməyin çətinliyindən, orda “razborka”ya çağırılmasından və haqqında gəzən söz-söhbətlərdən danışıb: “Kəpəz”də işləmək çox çətindir. Orda işləyərkən məni ağacın altında “razborka”ya çağırmışdılar. Bir dəfə də Gəncədən qayıdarkən qatara bilet aldım və gördüm ki, olduğum yerdə 4 nəfər məndən qabaq oturub. Dedilər ki, Bakıya gedirsənsə, get bir də qayıtma. Onlara bildirdim ki, sabah yenə burda olacam. Çıxın burdan.
Bir də deyirdilər ki, Ş.Diniyev futbolçuların maaş kartların alır. Futbolçunun kartını alsan, gecə ilə səni öldürərlər”.
Həmin videonu təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















