Icma.az
close
up
RU
Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musialanın karyerasını başa vuracağı barədə yayılan şayiələrdən sonra Münhen təmsilçisinin rəhbərliyi açıqlama verib.

Apasport.az xəbər verir ki, son aylarda sağlamlıq problemləri ilə üzləşən 23 yaşlı yarımmüdafiəçinin futbolla vidalaşmağa hazırlaşdığı barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Lakin sonradan iddianın etibarlı mənbəyə əsaslanmadığı məlum olub.

“Bavariya”nın baş icraçı direktoru Yan-Kristian Dreezen Almaniyanın “Bild” nəşrinə müsahibəsində Musialanın vəziyyətinə münasibət bildirib:

“Musiala ilə bağlı artıq deyilməli olan hər şey deyilib. İndi ona vaxt verməli və futbol oynamasına imkan yaratmalıyıq. Cümə günü planlaşdırıldığı kimi meydana qayıtması məni çox sevindirdi. Ümid edirik ki, əvvəlki səviyyəsinə qayıdacaq”.

Klub rəhbəri Musialanın əvvəlki formasını bərpa etmək üçün zamana ehtiyacı olduğunu vurğulayıb:

“Camalın sağalması və əvvəlki səviyyəsinə qayıtması üçün ona kifayət qədər vaxt vermək bizim borcumuzdur. Eyni zamanda, klub qarşısında da məsuliyyətimiz var. Uli Höness və Karl-Haynts Rummenige də fərqli şəkildə məhz bunu ifadə ediblər”.

Dreezen komandanın baş məşqçisi Vensan Kompani və idman direktoru Maks Eberlin futbolçuya güvəndiyini də qeyd edib:

“Onların hər ikisi Camala inanır və onun əvvəlki formasını bərpa edəcəyinə əmindir. Biz də buna ümid edirik. Burada söhbət ilk növbədə insandan gedir. Hamımız onun sağlam və yenidən əvvəlki Musiala olmasını istəyirik”.

Baş direktor futbolçunun gələcəyi ilə bağlı tələsik qərar verilməyəcəyini də bildirib:

“Vəziyyəti bir neçə aydan sonra yenidən qiymətləndirəcəyik. Camalın durumu iki ay meydanlardan uzaq qalan digər futbolçulardan fərqlənmir. Ona qayıtmaq üçün vaxt lazımdır. İndidən nəticə çıxarmaq düzgün deyil”.

Qeyd edək ki, Musiala 2026-cı ilin avqustunda iki dəfə huşunu itirdikdən sonra onda nevroloji pozuntu aşkarlanıb. Mətbuatda futbolçunun qısa müddətli şüur itkisi ilə müşayiət olunan absans tutmalarından əziyyət çəkdiyi bildirilir. Bundan başqa, sentyabrda Almaniya millisinin düşərgəsində sağ bud əzələsindən zədə alan yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan uzaq qalıb. O, noyabrın 20-də “Köln”lə keçirilən Bundesliqa matçında (1:1) meydana qayıdıb.

Emre Mordan gözlənilməz qərar: Futbola fasilə verdi “Sabah”ın futbolçusuna UEFA-dan ağır cəza “Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri