Füzuli Dövlət Dram Teatrında “Ruh” tamaşasının premyerası keçirilib FOTOLAR
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 25-də Füzuli Dövlət Dram Teatrında Xalq yazıçısı, akademik Kamal Abdullanın “Ruh” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Əsərin əsas qayəsi insanın özünü dərk prosesindən, onun öz ruhu ilə qarşılaşmasından və daxili aləmin dərinliklərinə enməsindən ibarətdir. Qəhrəmanla Ruh arasında aparılan dialoqlar, simvolik səhnələr və təkrarlanan mistik motivlər insanın öz varlığına verdiyi sualların poetik ifadəsinə çevrilir. Əsərdə zaman və məkan sabit deyil. Hadisələr bəzən keçmişə qayıdır, bəzən gələcəyə keçir.
Personajlar real insan kimliyindən daha çox simvolik mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrinin müxtəlif səviyyələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.
Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) ifa ediblər.
Qeyd edək ki, tamaşa Mədəniyyət TV-də canlı yayımlanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları