“Regionlarda peşəkar teatr dərsləri” Füzuli Dövlət Dram Teatrında
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağda “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi keçirilib.
Silsilə çərçivəsində 26-31 oktyabr tarixində Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunub. Müasir yaradıcı yanaşmaları əks etdirən ustad dərsləri rejissor-aktyor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib.
Teatr kollektivinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması məqsədi ilə həyata keçilən ustad dərsləri teatrın yaradıcı heyəti tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Onu da qeyd edək ki, layihə sözügedən tədbirlər silsiləsi çərçivəsində 20-25 oktyabr tarixində Ağdam Dövlət Dram Teatrında uğurla icra olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 04 Noyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















