Icma.az
close
up
RU
Füzuli gələcəyə inamın rəmzinə çevrilən bir Azərbaycan şəhəridir

Füzuli gələcəyə inamın rəmzinə çevrilən bir Azərbaycan şəhəridir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

"Azərbaycanın əzəli torpaqlarından biri olan Füzuli, təkcə coğrafi baxımdan deyil, həm də tarixi, mədəni və strateji əhəmiyyəti baxımından xüsusi önəm daşıyır. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu bölgə, zəngin təbiətə, mühüm su ehtiyatlarına və əlverişli relyefə malikdir. Onun sərhədləri həm digər Azərbaycan rayonları, həm də İranla sərhəddə yerləşməsi baxımından da strateji mövqeyə sahibdir."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat bildirib ki, Füzuli rayonunun tarixi XIX əsrə dayanır:

"Əsası 1827-ci ildə qoyulmuş Qarabulaq yaşayış məntəqəsi əsasında 1930-cu ildə təşkil edilən rayon əvvəlcə Qaryagin adlanmış, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə onun adını daşımağa başlamışdır. Bu dəyişiklik təkcə ad dəyişikliyi deyildi – bu, eyni zamanda bölgənin mədəni kimliyinin və tarixi yaddaşının təcəssümü idi.

Tarixən bu ərazi dini və memarlıq abidələri ilə də seçilirdi. XIII–XIX əsrlərə aid türbələr, qəbiristanlıqlar və digər tarixi-dini irs nümunələri bu torpaqların zəngin sivilizasiya və mənəviyyat ocağı olduğunu göstərirdi. Lakin sonrakı dövrlərdə bu abidələrin çoxu Ermənistan tərəfindən törədilmiş işğal və vandalizm nəticəsində məhv edilmiş və ya ciddi zərər görmüşdür.

1993-cü il 23 avqust tarixində Füzuli rayonunun əhəmiyyətli hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində yüzlərlə füzulili şəhid oldu, yüzlərlə insan əlil qaldı və onlarla sakin əsir və itkin düşdü. Həmin işğalın yaratdığı humanitar, sosial və psixoloji fəsadlar onillərlə davam etdi. İşğaldan azad edilənə qədər rayonun yalnız bir hissəsi Azərbaycanın nəzarətində qalmışdı."

Millət vəkili vurğulayıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində aparılmış döyüşlər ən çətin və qanlı mübarizələrdən biri oldu:

"Düşmən illərlə bu ərazidə çoxmərhələli istehkamlar qurmuş, təmas xəttində keçilməz sədlər yaratmışdı. Beynəlxalq hərbi ekspertlər belə bu bölgənin azad olunmasını aylarla vaxt tələb edən əməliyyat hesab edirdilər. Lakin Azərbaycan Ordusunun peşəkarlığı, texnoloji üstünlüyü və əsgər ruhunun sarsılmazlığı sayəsində bu ərazilər planlaşdırılandan daha qısa müddətdə və böyük strateji qələbə ilə azad olunub.

17 oktyabr 2020-ci ildə Füzuli şəhəri işğaldan azad edildi. Bu tarix artıq Azərbaycanın rəsmi təqvimində mühüm simvolizm daşıyır. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur. Bu, sadəcə təqvimdə bir tarix deyil, həm də xalqın yenidən doğuluşunun, suverenliyin və milli ləyaqətin rəmzinə çevrilib.

Füzuli uğrunda döyüşlər zamanı göstərilən şücaət və igidlik unudulmamışdır. 2020-ci ilin noyabrında “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş və bu əlamətdar hadisədə iştirak etmiş 25 mindən çox hərbi qulluqçu bu şərəfli mükafatla təltif olunub.

Lakin işğaldan sonra bu torpaqlar təkcə dağıntılarla deyil, həm də minlərlə basdırılmış mina ilə “miras” alınmışdır. Füzuli, işğaldan azad edilən rayonlar arasında mina ilə ən çox çirkləndirilmiş ərazidir. Bu fakt təkcə təhlükəsizlik deyil, həm də bərpa və yenidənqurma prosesləri üçün ciddi maneə kimi qalır. Rəsmi məlumatlara görə, rayonda 100 mindən çox mina basdırılmış və onların təmizlənməsi prosesi hələ də davam edir.

Bununla belə, dövlət səviyyəsində görülən bərpa tədbirləri və strateji planlaşdırma bu ərazilərin yenidən həyat mənbəyinə çevrilməsini təmin edir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiqlənmiş və irimiqyaslı yenidənqurma layihələri həyata keçirilməyə başlanmışdır. Bu çərçivədə enerji infrastrukturu, yollar, sosial obyektlər və ictimai binalar tikilir. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər Yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, müasir yarımstansiyalar və su anbarları artıq istifadəyə verilib.

Azər Kərimlinin sözlərinə görə Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı təmin olunur:

"Artıq minlərlə insan Füzuliyə qayıtmış və şəhərin sakinlərinə çevrilmişdir. 2026-cı ilin sonunadək yalnız Füzuli rayonunda 22 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Bu prosesin məqsədi təkcə fiziki məskunlaşma deyil, həm də sosial reabilitasiya, vətənə qayıdış ruhunun gücləndirilməsidir.

Qardaş ölkələrin dəstəyini qeyd etmək yerinə düşərdi. Özbəkistanın təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına müasir məktəb, Qazaxıstanın təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunmuşdur. Bu layihələr təkcə maddi yardım deyil, həm də mənəvi həmrəyliyin, türk dünyası birliyinin təzahürüdür.

Prezident İlham Əliyevin mütəmadi səfərləri Füzuli rayonuna göstərilən diqqətin təzahürüdür. Təməlqoyma mərasimləri, yeni layihələrin açılışı, sosial infrastrukturun genişləndirilməsi bu ərazilərin inkişafında siyasi iradənin və strateji baxışın bariz nümunəsidir. Təkcə son bir neçə ildə dövlət başçısının iştirakı ilə onlarla layihə həyata keçirilmiş, şəhər tamamilə yeni urbanizasiya mərhələsinə qədəm qoymuşdur.

Bu gün Füzuli dağıntılardan ayağa qalxan, yenidən dirçələn, həyatın qayıtdığı və gələcəyə inamın rəmzinə çevrilən bir Azərbaycan şəhəridir. Onun timsalında xalqımızın əzmi, dözümlülüyü və birliyi təcəssüm olunur. Füzuli şəhəri günü isə bu zəfərin, dirçəlişin və milli qürurun simvolu olaraq tarixə yazılıb."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri