Icma.az
close
up
RU
Füzuli qayıdışın, dirçəlişin və qürurun şəhəridir

Füzuli qayıdışın, dirçəlişin və qürurun şəhəridir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın hər bir guşəsi xalqımız üçün müqəddəsdir. Lakin elə şəhərlər var ki, onların adı çəkiləndə insanın qəlbi daha möhkəm döyünür, yaddaşında tarix, gözündə isə gələcək canlanır. Füzuli şəhəri də məhz belə müqəddəs ünvanlardan biridir. Bu gün Füzuli şəhər günü təkcə bir coğrafi məkana həsr olunmur, həm də xalqımızın iradəsinə, milli birliyinə, əyilməzliyinə və Zəfərinə həsr olunan gün kimi tarixə yazılır. Füzuli uzun illər işğal altında qaldı. Onun ərazisi tamamilə viran qoyuldu, tarixi abidələri dağıdıldı, kəndləri yerlə-yeksan edildi. Düşmən bu torpağı yalnız xarabalığa çevirməklə kifayətlənmədi, həm də xalqımızın yaddaşından silmək istədi. Amma unuduldu ki, Füzuli adı yalnız bölgənin adı deyil, həm də Azərbaycan poeziyasının, ədəbiyyatının, mənəviyyatının adıdır. Bu adı xalqımızın qəlbindən heç kim silə bilməzdi. 2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə Füzuli işğaldan azad olundu. Bu xəbər yayılanda xalqımızın sevinci yerə-göyə sıxmadı. Gözlərdən sevinc  yaşları axdı.  Çünki bu qələbə təkcə hərbi qələbə deyildi. Bu, ədalətin bərpası, milli ləyaqətin təntənəsi, tarixin dönüş nöqtəsi idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Füzuli rayonunun azad olunması xüsusi strateji əhəmiyyətə malik idi. Bu qələbə Şuşaya yol açdı.”

Füzuli həm coğrafi, həm də mənəvi baxımdan Qarabağın qapısıdır. Şuşaya gedən yol məhz buradan keçir. Buna görə də Füzulinin azad olunması Azərbaycan tarixi üçün həlledici hadisə idi. Bu gün Füzuli şəhəri yalnız bir yaşayış məskəni deyil, həm də Qarabağa qayıdışımızın rəmzi, Zəfər yolunun başlanğıcıdır. Füzuli azad olunduqdan sonra cənab Prezident İlham Əliyevin bu torpaqlara dəfələrlə səfərləri xalqın qəlbində yeni ümidlər oyatdı. Dövlət başçısının birinci səfəri zamanı dağıntıların içində dayandığı anlar bütün Azərbaycan xalqının yaddaşına həkk olundu. O, işğalın törətdiyi fəlakəti göz önünə gətirməklə yanaşı, həm də dirçəlişin yol xəritəsini bəyan etdi. Sonrakı illərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuliyə dəfələrlə səfər edərək yeni yolların, məktəblərin, xəstəxanaların, “Ağıllı kənd” layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirdilər. Cənab Prezidentin “Burada həyat bərpa olunacaq, insanlar öz doğma yurdlarına qayıdacaq və Füzuli ən gözəl şəhərlərimizdən birinə çevriləcəkdir” sözləri artıq reallığa çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin hər səfəri həm dövlətin gücünü, həm də xalqın iradəsini nümayiş etdirdi və Füzulinin dirçəlişinə verilən yüksək diqqətin təntənəsinə çevrildi. İşğaldan sonra Füzuli sanki kül içindən yenidən doğan şəhərə çevrildi. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri həyata keçirilir, müasir yollar, məktəblər, xəstəxanalar, parklar salınır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi isə bu şəhərin gələcəyini bir daha təsdiqlədi. Çünki bu hava limanı yalnız infrastruktur layihəsi deyil, həm də dünyaya açılan Zəfər qapısıdır. Bu gün Füzuli küçələrində yenidən həyat qaynayır. Əziz ana torpağa qayıdan insanlar öz doğma ocaqlarını qurur, uşaqlar məktəb yollarına çıxır, yeni ailələr öz ocaqlarını yandırır. Bu mənzərə təkcə bir şəhərin deyil, bütün Azərbaycan xalqının gələcəyə olan inamının simvoludur. Füzuli şəhər günü bizim üçün sadəcə təqvimdə bir tarix deyil. Bu günün mahiyyəti daha dərindir. Bu, torpağa sahib çıxmağın, onu qorumağın və dirçəltməyin bayramıdır. Bu gün bütün azərbaycanlılar bir daha anlayır ki, biz bir olduqca, birlikdə olduqca qalibik, güclüyük.

Füzuli adı bu gün Azərbaycan xalqının qürur yeri, dirəniş nümunəsi, milli kimliyimizin mühüm sütunlarından biridir. Onun adı çəkiləndə hər kəsin gözləri parlayır, ürəyi döyünür, çünki bu ad xalqımızın mübarizliyinin canlı ifadəsidir. Füzuli bu gün qayıdışın şəhəri, qürurun şəhəri, Zəfərin simvolu kimi inkişaf edir, yaşayır. Onun hər daşı, hər küçəsi, hər ağacı sanki bir mesaj verir: “Azərbaycan qalib gəldi, Azərbaycan əbədi qalacaq!” Füzuli şəhər günü hər bir azərbaycanlıya bir daha xatırladır ki, biz torpağımıza qayıtdıq, ədaləti bərpa etdik və indi bu torpaqlarda gələcək nəsillər üçün xoşbəxt, firavan həyat qururuq.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri