Icma.az
close
up
RU
Füzuli Məmmədov Kopenhagen in zəif və güclü cəhətlərini incələdi

Füzuli Məmmədov Kopenhagen in zəif və güclü cəhətlərini incələdi

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika"nı səfərdə məğlub edən (3:2) "Qarabağ" qitənin ən mötəbər klub turnirində növbəti matçını evdə "Kopenhagen"ə qarşı keçirəcək. Lissabondakı qarşılaşmanın ilk 16 dəqiqəsində 0:2 hesabı ilə geri düşməsinə rəğmən, möhtəşəm geridönüşə imza atan Ağdam təmsilçisinin Danimarka komandasına qarşı matçda nə ilə yadda qalacağı böyük maraq doğurur. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millusinin sabiq baş məşqçisi Füzuli Məmmədov ilə əlaqə saxlayıb "Kopenhagen"lə oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionlar Liqası top səviyədə turnirdir. Bu turnirin bütün iştirakçıları yüksək keyfiyyətli komandalardır. Həm taktiki, həm fiziki, bütün komponentlərdə top səviyyədə olan kollektivlərdir. Əbəttə ki, "Qarabağ" üçün bu turnirdə hər oyun cətindir. Amma təmsilçimiz belə oyunlara alışmış komandadır. "Qarabağ"ın bu oyunda da uğurlu cıxış edəcəyinə inanıram. 

"Kopenhagen" presinq edən bir komandadır. Daha çox 4-4-2 sxemi ilə çıxış edirlər. Amma başqa oyun planları da var. Sürətli pressinq edirler, kompaktdırlar. Rəqibin hücüm xətti ilə müdafiə xəttin arasındakı məsafə elə də böyük deyil. Həm uzununa, həm də eninə kompakt bir komandadır. Bir yerdə pressinq edirlər, irəlidə topu yaxşı saxlayır, düşünülmüş hücumlar qururlar. "Kopenhagen"in təhlükəli cəhətlərindən biri də uzun ötürmələrdir. "İkinci toplar"ı götürüb cinahlardan sürətli hücumlar qurmaqları da vurğulanmalıdır. Topu sağa-sola "gəzdirərək" rəqibin cərimə meydançasına hər iki cinahdan asmalar edirlər. 

Əlbəttə, "Kopenhagen"in boşluqları da var. Bu boşluqlardan ÇL-in 1-ci turunda "Bayer Leverkuzen" çox taxşı istifadə etdi. Almaniya komandası ilə oyunda (2:2) buraxdıqları hər iki qolda boşluq verdilər...

Rəqib bəzən müdafiə olunan zaman müdafiə xətti ilə dayaq yarımmüdafiəçiləri arasında böyük zonalar buraxır. "Qarabağ" bu zonalardan adətən çox yaxşı faydalanan komandadır. Məncə, təmsilçimizin ara ötürmələrinin öhdəsindən gəlməyə də çətinlik çəkəcəklər. Görünən budur ki, "Qarabağ"ın sürətli texnikalı və təcrübəli ön xətt oyunçuları onların müdafiə xəttinin arxasına "açıla" biləcəklər. 

"Qarabağ" hücumda okarkən daha kompakt oynamalıdır. Təmsilçimizin aqressiv pressinq sayəsində yaxşı toplar qazanması mümkündür. Kecidlərdən danışsaq, rəgib də kecidlərdə çox sürətlidir. Xüsusi ilə cinahlardan sürətli "açılmalar"ı olur. Topu qazandıqdan sonra həm sağdan, həm də soldan sürətli sprintlər edirlər. Bunu "Qarabağ" nəzərə almalıdır. Meydanın mərkəzində onların hücumlarını inkişaf etdirmələrinə imkan vermək olmaz. "Kopenhagen"in standart vəziyyətlərdən maksimum faydalanmağa çalışır. Uğurlar "Qarabağ"a".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://fanat.az
archiveBu xəbər 30 Sentyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri