Icma.az
close
up
RU
Füzuli Məmmədov darmadağını belə incələdi

Füzuli Məmmədov darmadağını belə incələdi

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1-ci Liqanın 24-cü turunda liqada qalmaq uğrunda əsas rəqiblərindən olan "Difai"nin qonağı olan "Mingəçevir" 4:1 hesablı qələbə qazanaraq qarşısına qoyulan məqsədə çatmaq yolunda inamlı addım atdı. "Şəhərlilər"in baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb həm son oyun barədə fikirlərini öyrəndik, həm də qarşıdakı matçdan -  artıq elitaya vəsiqəni təmin etmiş "İmişli" ilə dueldən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Turnir cədvəlindən də görünür ki, liqanın turnir cədvəlinin aşağı pillələrində amansız mübarizə gedir. Matç ərəfəsində "Difai"dən 3 xal öndə olsaq da, mümkün xal itkisi gərginliyi artıra bilərdi. Bu oyunun önəmi bizim üçün çox böyük idi. Matçın nə dərəcədə önəmli olduğu, rəqibin zəif və güclü cəhətləri barədə həftə ərzində futbolçularımıza tam şəkildə məlumat vermişdik. Bizi gərgin mübarizə gözlədiyini bilirdik. 

Rəqibin son üç oyunu təhlil olunmuşdu. Bundan başqa, altı-yeddi qarşılaşmalarını da izləmişdim. "Difai"nin sağ və sol cinahlarda sürətli oyunçuları olduğunu xəbərdar idik. Mərkəz hücumçularını uzun ötürmələr sayəsində topla təmin etməyə çalışacaqlarını və ya belə desək, hücumu cinahlara yayacaqlarını öyrənmişdik. Müdafiə planında isə son iki oyundakı kimi futbol sərgiləyəcəklərini ehtimal edirdik. Yəni ikinci zonada sıxlıq yaratmağa, rəqibin ötürmələrdə buraxdığı səhvlər zamanı topu ələ keçirməyə və sürətli keçidlər etməyə çalışan komanda olduqlarını bilirdik. Təhlillər zamanı Muhammed Alfa və Fərid Kərimizadə kimi sürətli futbolçuları nəzarətdə saxlamağın vacib olduğunu futbolçularımıza izah etmişdik. Rəqibin sürətli əks-həmlələr qurmasını əngəlləmək üçün təbii ki, top itkilərimiz mümkün qədər az olmalı idi. Top itkiləri zamanı oyunçularımız dərhal pressinq tətbiq etməli, "açılan" futbolçularımız isə vaxtında geri qayıdaraq vəziyyəti sığortalamalıydılar. Bir sözlə, onlara boşluqlar verməməliydik. "Difai"nin müdafiə və yarımmüdafiə xətləri arasında boşluqlar buraxacağını bilirdik. 

Həfətboyu keçdiyimiz hazırlıqdan "Difai" ilə oyunda çox yaxşı faydalandıq. Oyunda hesabı açan tərəf biz olsaq da, fasilədən sonrakı ilk 15 dəqiqənin ağır alınacağı bəlli idi. İkinci hissədə verdiyim tapşırıq belə di ki, meydanın hər nöqtəsində istənilən top itkisindən sonra dərhal hər kəs öz zonasında pressinq etməli, rəqib futbolçuya düşünmək üçün vaxt verməməlidir. Komanda tapşırığın öhdəsindən tam şəkildə gəldi. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə komandama təşəkkür edirəm. Bu gün komandamın taktika anlayışı, fiziki durumu istədiklərimi meydanda ortaya qoymağa imkan verir və bu məqam məni çox sevindirir. Sağ olsunlar, meydandan bütün güclərini qoydular, inamla mübarizə apardılar. Təbii ki, bizi dəstəkləmək üçün Şamaxıya gələn azarkeşlərimiz də ən xoş sözlərə layiqdirlər. 

Növbəti oyunumuz "İmişli"yə qarşıdır. Bu komanda ilə səfərdə üz-üzə gəlmişik (Oyun "Mingəçevir"in 1:0 hesablı qələbəsi ilə başa çatıb). Rəqibi təhlil edəcəyik. Öz azarkeşlərimizin dəsətəyi fonunda meydana qələbə üçün çıxacağıq".

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri