Icma.az
close
up
RU
Füzuli Məmmədovu gözdən salma cəhdləri nəyə hesablanıb?

Füzuli Məmmədovu gözdən salma cəhdləri nəyə hesablanıb?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ölkəmizin tanınmış futbolçularından biri olmuş Füzuli Məmmədov hazırda məşqçi kimi fəaliyyət göstərir. Bu ildən isə "Mingəçevir" futbol komandasının baş məşqçisidir. İdmanda komanda dəyişmək bir qaydadır.
İdman, futbol daim inkişafdadır. Hər bir klub heyətində daha yaxşı futbolçular, daha yaxşı məşqçilər, mütəxəssislər görmək istərlər. Bu məsələdə heç kimi qınamaq olmaz.
Amma deyəsən kimlərsə Füzuli bəyin yerdəyişməsini ciddi şəkildə izləyir. İndi isə bu təqiblərinə yersiz tənqidlərini də əlavə ediblər. Sportinfo.az saytı da bu işdə əməlli-başlı rupor olub. Kinləri o qədər dolub-daşır ki, Füzuli Məmmədovun çalışdırdığı "Mingəçevir" FK qələbə qazananda da o xəbərə kinayəli başlıq qoyurlar.
Son yazılarında isə əndazəni lap aşıblar. Guya Füzuli Məmmədov futbolçulara sponsorlarının adından mükafat söz verib, amma "Mingəçevir" klubunun himayədarı ASTA rəhbərliyi guya komanda ilə görüşündə mükafat olmayacağını, bu barədə Füzuli Məmmədovla danışdıqlarını, onun özündən vəd verdiyini deyiblər.
Füzuli Məmmədov şəxsinə qarşı qərəzə öz işi, nailiyyəti ilə cavab verir. Vaxtilə təmənnasız kömək etdiyi, komanda formalaşdırıb verdiyi adamlar indi onun işinə əngəl olmağa çalışırlar.
Biz bununla bağlı ASTA rəhbərliyi ilə, şəxsən bu təşkilatın prezidenti Rafael Bünyatovla əlaqə saxladıq. O bildirdi ki, sportinfo.az saytının məlum məqaləsində yazılanlar həqiqəti əks etdirmir.
Füzuli Məmmədov komandanı öhdəsinə götürdükdən sonra ətrafındakı təcrübəli məşqçilərlə birlikdə motivasiyalı kollektiv yarada bilib və hazırda da komanda dirçəlmək üzrədir, turnir cədvəlində vəziyyəti xeyli yaxşılaşıb.
ASTA Füzuli Məmmədovun təcrübəsinə güvənir, ona inanır və ümumi nəticədən razıdır. Rafael müəllim deyir ki, onların məqsədi güclü komandalara rəqib olmaq, Birinci Liqada uğurlu nəticə qazanmaq və gələcəkdə daha da irəli getməkdi.
Bu məqsədə çatmaq üçün həmişə baş məşqçi Füzuli Məmmədovun, onun qurduğu komandanın yanındadır, bundan sonra da belə olacaq.
Füzuli müəllim gənclərin potensialından istifadə edərək gələcəyin komandasını yaradır. Bunu yaşıl meydançada görmək olar. Komandadakı müsbət aura, xoş abu-hava oyuna da sirayət edir.
Günü-gündən irəliləyiş hiss olunur. Bu irəliləyiş göz qabağındadır. Bunu hamı görür, ancaq sportinfo.az və ondan köçürən başqa saytlar görmürlər. Maraqlıdır ki, bu sayt, yazının müəllifi məqaləni quraşdırarkən nəyə, kimlərə istinad edib?
Yazılarda müəllif yerinə sportinfo.az yazılır. Deməli, sualımız elə saytın təsisçisi və baş redaktoru İlkin Vaqifoğlunadır.
Hörmətli bəy, uydurmalarınızda istinadgahınızı göstərə bilərsinizmi?
Yazdıqlarınızın adı yalandır. Yalan da ayaq tuta bilər, amma yeriməz. Siz də haqsızlıq edə bilərsiniz, lakin kiminsə haqqını yeyə bilməzsiniz.
Sima Babayeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:318
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri