Icma.az
close
up
RU
Füzuli Qarabağın cənub qapısı, Zəfərin simvoludur

Füzuli Qarabağın cənub qapısı, Zəfərin simvoludur

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan tarixində bəzi günlər var ki, milli yaddaşımızda əbədi olaraq qürur və sevinc simvoluna çevrilir. 17 oktyabr – Füzuli şəhəri günü də məhz belə tarixi günlərdəndir. Bu tarix, həm də Azərbaycan xalqının əyilməz iradəsinin, qəhrəman Ordumuzun şücaətinin və dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan düzənlik və alçaq sahələri əhatə edir. Onun ərazisindən axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinə qovuşur. 1386 km²-lik rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə habelə Araz çayı boyunca İranla həmsərhəddir. Coğrafi mövqeyinə görə Füzuli tarixən Qarabağa giriş qapısı hesab olunub. 1827-ci ildə əsası qoyulan Qarabulaq yaşayış məskəni əsasında 1930-cu ildə Qaryagin rayonu təşkil edilmiş, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayona Füzuli adı verilmişdir. Bu ad təkcə bir coğrafiyanın deyil, həm də poeziyanın, ədəbiyyatın, mənəviyyatın adı kimi tarixə yazılmışdır. Rayon türbələri, qəbir daşları, məscidləri ilə zəngin idi. Babı kəndindəki Şeyx Babi Yaqub türbəsi (XIII əsr), Aşağı Veysəllidəki Mirəli türbəsi (XIV əsr), Əhmədalılar kəndindəki sənduqəli qəbirdaşları, XIX əsr Cəlil türbəsi və digər abidələr Füzulinin qədim mədəniyyət mərkəzi olduğunu göstərirdi.
23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri Füzuli şəhərini və rayonun böyük hissəsini işğal etdi. Bu işğal nəticəsində 663 şəhid, 181 əsir və itkin, yüzlərlə müharibə əlili verdik. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin qətiyyətli əmri ilə keçirilən əməliyyatlar nəticəsində 22 yaşayış məntəqəsi azad edildi. Lakin Füzuli şəhərinin özü yalnız 2020-ci ilin 17 oktyabrında azad olundu. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şərəfli səhifələrindən biri oldu. 30 il ərzində düşmənin qurduğu istehkamlar Ordumuzun iradəsi qarşısında məhv edildi. Hərbi mütəxəssislərin aylarla çəkəcəyini düşündüyü əməliyyat, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə qısa müddətdə uğurla başa çatdı. Düşmən ordusu sonda silahını ataraq qaçdı. Bu qələbə ilə Füzuli azad edildi, Şuşaya yol açıldı və Qarabağın hərbi-siyasi taleyi birdəfəlik dəyişdi. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı ilə 25 mindən çox hərbi qulluqçumuz təltif olundu. Bu medal əsgərimizin igidliyinin, millətimizin qürurunun rəmzidir. İşğaldan sonra Füzuli rayonunun yenidən qurulması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan edildi. Ən ağır mina ilə çirklənmiş bölgələrdən olan Füzulidə bərpa işləri geniş vüsət alıb. “Böyük Qayıdış” proqramına əsasən, 2026-cı ilin sonuna qədər 22 min insan Füzuliyə qayıdacaq. Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Uşaq Yaradıcılıq Mərkəzinin inşası isə dostluğun və həmrəyliyin bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyevin Füzuliyə səfərləri isə azad olunmuş torpaqlarda quruculuğun canlı salnaməsinə çevrilib. 16 noyabr 2020 – Azərbaycan bayrağının Füzulidə ucaldılması, Zəfər yolunun təməlqoyması, 14 yanvar 2021 – Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməlinin qoyulması, 26 oktyabr 2021 – Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə açılışı, 23 avqust 2023 – Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə məktəb açılışı, 12 mart 2024 – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Uşaq Yaradıcılıq Mərkəzinin açılışı, Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə Füzuli şəhərinin baş planı ilə tanışlıq, 17 may 2024 – Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə səfər dostluğun və qardaşlığın nümunəsidir. Bu səfərlər bir daha göstərir ki, Füzuli Azərbaycanın yeni inkişaf mərkəzinə çevrilir. Bu gün Füzuli təkcə bir rayon deyil, həm də dirçəlişin, zəfərin, milli birlik və qürurun rəmzidir. Onun hər küçəsi, hər binası, hər məktəbi Azərbaycan xalqının möhtəşəm iradəsinin, əyilməz ruhunun canlı təcəssümüdür. 17 oktyabr – Füzuli şəhəri günü tariximizin ən şərəfli səhifələrindən birini xalqımıza hər zaman xatırladacaq: Azərbaycan qalib gəldi, torpaqlarına sahib çıxdı və indi gələcəyini də özü qurur.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri