Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Füzuli Qələbədən quruculuğa

Füzuli Qələbədən quruculuğa

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun doğma Füzuli şəhərini işğaldan azad etməsindən 6 il ötür. Füzulinin azad olunması xalqımızın tarixinə qızıl hərflərlə yazılmış böyük qələbə olmaqla yanaşı, milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin rəmzinə çevrilmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “İşğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi təsis edilmişdir. Hər il qeyd olunan bu əlamətdar tarix Azərbaycanın tarixi Zəfərinin təcəssümü olmaqla yanaşı, Füzulinin azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə dərin ehtiramın ifadəsidir.

1386 kvadratkilometr ərazini əhatə edən Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək uzanan maili düzənliklər və alçaq sahələrlə xarakterizə olunur. Rayonun əlverişli coğrafi mövqeyi onun iqtisadi və hərbi-strateji əhəmiyyətini artırır. Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəddir, həmçinin Araz çayı boyunca İran İslam Respublikası ilə sərhədə malikdir.

1827-ci ildə əsası qoyulan Füzuli Azərbaycanın qədim yaşayış məntəqələrindənbiri və zəngin tarixi-mədəni irsə sahib bölgəsidir. Rayon əvvəlki dövrlərdə Qaryaginadlandırılmış, 1959-cu ilin aprel ayında görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə onun adı ilə adlandırılmışdır. İşğaldan əvvəl rayonda 140 mindən çox əhali yaşayırdı.

Lakin bu qədim diyar 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, məktəbləri, mədəniyyət ocaqları, sənaye müəssisələri və digər infrastruktur obyektləri dağıdılmış, bölgənin tarixi-mədəni irsinə və təbiətinə ciddi ziyan vurulmuşdur. Əhalinin böyük hissəsi doğma yurdunu tərk edərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olmuşdur.

Ermənistanın silahlı hücumları nəticəsində Füzuli rayonundan 663 nəfər şəhid olmuş, 400 nəfərə yaxın insan müharibə əlili olan, 181 nəfər isə əsir və itkin düşmüşdür. Ağır itkilərə və uzun illər davam edən həsrətə baxmayaraq, füzulililər doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməmişlər. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı Vətən müharibəsi nəticəsində Füzuli şəhəri oktyabrın 17-də işğaldan azad edilmişdir. Bu qələbə xalqımızın əzminin, vətənpərvərliyinin və milli həmrəyliyinin parlaq təzahürünə çevrilmişdir.

Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin taleyinə mühüm təsir göstərən əsas hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun cəbhədə strateji mövqeyini gücləndirmiş, sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Füzuli istiqamətində düşmənin müdafiə xəttinin yarılması Ermənistan ordusunun ciddi itkilər verməsinə səbəb olmuş, Azərbaycan hərbi qüvvələrinin irəliləməsi üçün yeni imkanlar açmışdır.

Füzulinin azadlığı Qarabağın digər ərazilərinin, o cümlədən Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad edilməsi istiqamətində də mühüm əhəmiyyət daşımışdır. Bu döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını, müasir hərbi texnologiyalardan səmərəli istifadə imkanlarını və güclü mənəvi-psixoloji hazırlığını nümayiş etdirmişdir. Füzuli əməliyyatı Azərbaycanın hərbi potensialının və taktiki üstünlüyünün mühüm göstəricilərindənbiri kimi tarixə düşmüşdür.

Dövlətimiz Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, qazilərin xidmətlərinin qiymətləndirilməsinəxüsusi diqqət yetirir. Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli qərarı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş, Azərbaycan Silahlı Qüvvələrinin 25 325 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Bundan əlavə, 2022-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərin əziz xatirəsinə ucaldılmış xatirə lövhəsinin açılışında iştirak etmişdir.

İşğaldan azad edilmiş ərazilər arasında Füzuli rayonu mina və digər partlayıcı qurğularla ciddi şəkildə çirklənmiş bölgələrdən biridir. Ərazidə basdırılmış mina və partlamamış sursatlar insanların təhlükəsizliyinə, infrastrukturun bərpasına və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına maneələr yaradır. Bu səbəbdən rayonda mina təmizləmə tədbirləri ilə yanaşı, bərpa və yenidənqurma işləri də geniş miqyasda davam etdirilir.

Füzulinin azad olunmasından sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayonun dirçəldilməsi və müasir inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 2020–2025-ci illərdə dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri bölgənin yenidən qurulmasına, iqtisadi potensialının reallaşdırılmasına və Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevrilməsinə təkan vermişdir.

Bərpa prosesinin ilk mərhələsində, 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmış, Zəfər yolunun təməli qoyulmuşdur. Sonrakı dövrdə Füzuli Beynəlxalq Hava Limanının, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun, Füzuli şəhərinin Baş planının, xəstəxananın və ağıllı kənd layihələrinin təməli atılmışdır. Bu layihələr şəhərin nəqliyyat imkanlarının genişləndirilməsi, sosial infrastrukturunun yenilənməsi və əhalinin rahat yaşayışının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

2021–2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər yolu, Füzuli–Hadrutvə Füzuli–Ağdam avtomobil yolları, Füzuli Rəqəmsal Yarımstansiyası, Peşə Liseyi, yaşayış kompleksləri və təhsil müəssisələri üzrə tikinti işlərinə başlanılmışdır. Cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilmişdir. “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, beynəlxalq əlaqələrin və iqtisadi fəaliyyətin inkişafına da mühüm töhfə verir.

Füzuli şəhərinin bərpası beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin də nümunəsinə çevrilmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Prezidenti Kasım-JomartTokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilmişdir. Qırğızıstan və Belarus liderlərinin Füzuliyə səfərləri də şəhərin bərpasına və gələcək inkişafına beynəlxalq marağın göstəricisidir.

Son illərdə Füzuli–Hadrut avtomobil yolu, Köndələnçay su anbarları kompleksi, şəhərin daxili yol və küçə şəbəkəsi, su və kanalizasiya sistemləri, idman və inzibati komplekslər istifadəyə verilmişdir. Eyni zamanda, Qaraxanbəyli, Cuvarlı, Qoçəhmədli və Pirəhmədli kəndlərinin yenidən qurulması istiqamətində işlərə başlanılmışdır. Həyata keçirilən bu layihələr ərazidə dayanıqlı yaşayışın təmin olunmasına, sosial-iqtisadi fəallığın artırılmasına və əhalinin doğma torpaqlarına qayıdışına xidmət edir.

2025–2026-cı illərdə Füzulidə bərpa və quruculuq işləri davam etdirilmiş, 3 iyul 2025-ci ildə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun açılışı olmuş, iyulun 17-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov rayona səfər edərək şəhərin dağıdılmış ərazilərinə baxış keçirmiş, sentyabrın 14-də Qaraxanbəyli kəndinin təməli qoyulmuş, 23 iyun 2026-cı ildə isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Füzuliyə səfəri çərçivəsində Azərbaycan və Türkmənistan prezidentləri şəhərin dağıdılmış əraziləri ilə tanış olmuşlar.

Bu gün Füzuli şəhəri Böyük Qayıdış proqramının mühüm mərkəzlərindən biri kimi inkişaf edir. Müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması, təhsil və səhiyyə müəssisələrinin yaradılması, nəqliyyat əlaqələrinin genişləndirilməsirayonun gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır. Füzulidə həyata keçirilən yenidənqurma işləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modelinin bariz nümunəsidir.

Füzulinin azad edilməsi yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, milli birliyin möhkəmlənməsi və doğma torpaqlara qayıdışın başlanğıcıdır. Bu gün azad Füzulidə aparılan quruculuq işləri xalqımızın əzmini, dövlətimizin gücünü və gələcəyə inamını nümayiş etdirir. Şəhərin hər bir küçəsi, yenidən qurulan hər bir yaşayış məntəqəsi və həyata keçirilən hər bir layihə Azərbaycanın Zəfər tarixinin davamı, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın və gələcək nəsillərə ötürülən milli qürurun ifadəsidir

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri