Icma.az
close
up
RU
Qələbədən quruculuğa ŞƏRH

Qələbədən quruculuğa ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

4 oktyabr 2020-ci il Cəbrayılın tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Cəbrayıl şəhəri işğaldan azad edildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş cəbrayıllıların qayıdışına gedən yolun başlanğıcını qoydu.

Cəbrayıl rayonunun işğalı şəhər və kəndlərin dağıdılması, sosial-iqtisadi infrastrukturun sıradan çıxarılması və əhalinin doğma torpaqlarından məcburi köçkün düşməsi ilə nəticələnmişdi. Buna baxmayaraq, cəbrayıllılar doğma yurda qayıdış ümidini qoruyub saxladılar. 2020-ci ildə əldə edilən Qələbə bu tarixi arzunun gerçəkləşməsi üçün imkan yaratdı.

Cəbrayılın azad edilməsi Vətən müharibəsinin mühüm nəticələrindən biri kimi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və peşəkarlığını nümayiş etdirdi. Şəhərin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərimizin fədakarlığı bu tarixin ən mühüm səhifələrindəndir. Onların xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.

Azadlıqdan sonra qarşıda şəhərin yenidən qurulması və əhalinin qayıdışının təmin edilməsi kimi mühüm vəzifələr dayandı. Bu məqsədlə Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Yeni yaşayış məhəllələrinin salınması, yol-nəqliyyat və enerji infrastrukturunun yaradılması, sosial obyektlərin inşası şəhərin müasir tələblər əsasında formalaşdırılmasına xidmət edir.

Cəbrayılın bərpasında əsas istiqamətlərdən biri Böyük Qayıdış üçün zəruri şəraitin yaradılmasıdır. Doğma yurda qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün yaşayış evləri ilə yanaşı, məktəb, səhiyyə, xidmət və digər sosial obyektlərin fəaliyyəti təmin edilməlidir. Bu baxımdan aparılan quruculuq işləri şəhərin yalnız fiziki görünüşünün deyil, sosial həyatının da bərpasını nəzərdə tutur.

Rayonun gələcək inkişafında iqtisadi imkanların genişləndirilməsi də mühüm yer tutur. Cəbrayılın coğrafi mövqeyi və nəqliyyat əlaqələrinin bərpası burada sahibkarlıq, istehsal və xidmət sahələrinin inkişafı üçün yeni imkanlar yaradır. Məşğulluğun artırılması və iqtisadi fəallığın təmin edilməsi şəhərin dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

Bərpa prosesində Cəbrayılın tarixi və mədəni irsinin qorunması da xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə zərər görmüş tarixi-mədəni obyektlərin bərpası və milli irsin gələcək nəsillərə çatdırılması şəhərin özünəməxsus kimliyinin qorunmasına xidmət edir. Yeni Cəbrayılın siması müasir şəhərsalma prinsipləri ilə tarixi irsin vəhdəti əsasında formalaşır.

Cəbrayılın yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa siyasətinin mühüm istiqamətlərindən biridir. Burada həyata keçirilən layihələr insanların doğma torpaqlarına qayıdışına, sosial-iqtisadi həyatın canlanmasına və şəhərin gələcək inkişafına hesablanıb.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü bu baxımdan xüsusi tarixi məna daşıyır. Bu tarix həm şəhərin işğaldan azad edilməsini, həm də onun qarşısında açılan yeni inkişaf mərhələsini ifadə edir. Qələbədən sonra başlayan quruculuq prosesi Cəbrayılın gələcək simasının formalaşdırılmasına və burada davamlı həyatın bərpasına yönəlib.

Bu gün Cəbrayılın tarixində yeni səhifə yazılır. 2020-ci ildə hərbi Qələbə ilə əldə edilən azadlıq indi quruculuq, qayıdış və inkişaf mərhələsi ilə davam edir. Yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və iqtisadi imkanlar Cəbrayılın gələcək inkişafının əsasını təşkil edir.

Cəbrayılın keçdiyi yol göstərir ki, Qələbənin əsl nəticəsi yalnız azad edilmiş torpaqlarla deyil, həmin ərazilərdə qurulan yeni həyatla ölçülür. Bu gün qarşıda duran əsas məqsəd Cəbrayılı müasir, təhlükəsiz və dayanıqlı şəhərə çevirmək, onun tarixi irsini qorumaq və sakinlərinin doğma yurdda layiqli yaşayışını təmin etməkdir.

Cəbrayılın adı bundan sonra Azərbaycan tarixində həm Qələbə, həm də quruculuq anlayışları ilə bağlı olacaq. 4 Oktyabr isə bu tarixi yolun başlanğıcını ifadə edən əlamətdar gün kimi yadda qalacaq.

Aydın Rəşidli

YAP Füzuli rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri