Füzuli yaradıcılığına yeni baxış: Azərbaycan ədəbi dilinin linqvopoetik zirvəsi
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudun yeni elmi əsəri çap olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, “Azərbaycan ədəbi dilinin Məhəmməd Füzuli zirvəsi (türkcə qəzəllərinin linqvopoetik xüsusiyyətləri)” adlanan bu monoqrafiya dahi mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr edilib. Tədqiqat işində Füzuli dili Azərbaycan ədəbi dilinin təşəkkül və inkişaf tarixi müstəvisində araşdırılır, şairin türkcə qəzəllərinin fonetik, leksik və semantik qatları linqvopoetika elminin tələbləri səviyyəsində təhlil edilir.
Monoqrafiya beş fəsildən ibarət olmaqla, Füzuli yaradıcılığındakı bədii təzadları, metaforik obrazlar sistemini və sözün bədii-estetik imkanlarını geniş şəkildə işıqlandırır. Müəllif əsərdə Füzulinin dil normalarının sabitləşməsindəki rolunu, onun yaratdığı poetik fiqurların Azərbaycan ədəbi dilinin intellektual potensialını necə artırdığını elmi dəlillərlə əsaslandırır. Yeni nəşr Azərbaycan dilinin tarixi və klassik poeziyanın dil xüsusiyyətləri ilə maraqlanan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün dəyərli elmi mənbədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Yanvar 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















