Icma.az
close
up
RU
Füzuli irsinə yeni baxış

Füzuli irsinə yeni baxış

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudun yeni elmi əsəri çap olunub.

“Azərbaycan ədəbi dilinin Məhəmməd Füzuli zirvəsi (türkcə qəzəllərinin linqvopoetik xüsusiyyətləri)” adlanan bu monoqrafiya dahi mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr edilib. Tədqiqat işində Füzuli dili Azərbaycan ədəbi dilinin təşəkkül və inkişaf tarixi müstəvisində araşdırılır, şairin türkcə qəzəllərinin fonetik, leksik və semantik qatları linqvopoetika elminin tələbləri səviyyəsində təhlil edilir.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiya beş fəsildən ibarət olmaqla, Füzuli yaradıcılığındakı bədii təzadları, metaforik obrazlar sistemini və sözün bədii-estetik imkanlarını geniş şəkildə işıqlandırır. Müəllif əsərdə Füzulinin dil normalarının sabitləşməsindəki rolunu, onun yaratdığı poetik fiqurların Azərbaycan ədəbi dilinin intellektual potensialını necə artırdığını elmi dəlillərlə əsaslandırır. Bu nəşr Azərbaycan dilinin tarixi və klassik poeziyanın dil xüsusiyyətləri ilə maraqlanan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün dəyərli elmi mənbədir.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri