Icma.az
close
up
RU
Füzuli yaradıcılığına fərqli baxış

Füzuli yaradıcılığına fərqli baxış

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Etibar CƏBRAYILOĞLU
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin təkrarsız yaradıcılığı hər zaman tədqiqatçı alimlərin diqqət mərkəzindədir. Yüz illərdir ki, elm xadimləri onun əsərlərini, poetik düşüncələrini müxtəlif aspektlərdən araşdırır və təhlil edirlər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, UNESCO-nun Beynəlxalq Musiqi Komitəsinin üzvü, “Humay” Milli Mükafatı laureatı Lalə Kazımova da Füzuli yaradıcılığına nəzər salıb, ölməz söz ustadının qəzəllərini fərqli baxışdan tədqiq etməyə çalışıb.
Tanınmış musiqiçi alimin yeni nəşr edilən kitabı belə adlanır - “Füzuli qəzəlləri Azərbaycan musiqisində”.
Bu günlərdə “Şərq-Qərb” mətbəəsində işıq üzü görən nəfis kitabda Füzuli qəzəllərinin yüksək poetikası, daxili ritmi, vəzn və bəhr xüsusiyyətləri elmi əsaslarla araşdırılıb, qəzəllərin muğamlarımıza, musiqimizə təsiri geniş tədqiq edilib.
Lalə Kazımova yeni kitabını iki fəsilə bölüb. “Füzuli qəzəllərinin musiqi xüsusiyyətləri” və “Füzuli qəzəlləri Azərbaycan muğamlarında” adlı həmin fəsillərdə dahi şairin qəzəllərinin melodikası, musiqi xüsusiyyətləri və ölçüləri təhlil olunub. Eləcə də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasındakı Füzuli qəzəlləri araşdırılıb. Nəşrdə Süleyman Ələsgərovun “Vətənimdir” romansı və Cahangir Cahangirovun “Füzuli” kantatası, Füzuli qəzəllərinin peşəkar bəstəkar yaradıcılığına təsiri kitabda geniş incələnib.

Musiqişünas alim tədqiqat obyekti kimi niyə məhz Füzulinin qəzəllərini seçib? Müəllif özü bunu yeni kitabında belə əsaslandırıb:
“Füzulinin qəzəlləri Şərq poeziyası xəzinəsinə xüsusi bir səhifə kimi daxil olmuşdur. Böyük ustadın yaratdığı qəzəllər məzmununun dərinliyi və emosionallığı, lirik təhkiyənin coşqunluğu ilə qəlb oxşayır...
...Füzuli qəzəli yeni zirvəyə yüksəltmişdir. Onun yaradıcılığında Azərbaycan qəzəli çiçəklənmə dövrünü yaşamışdır...
...Füzulinin qəzəllərində ustalıq hər cəhətdən özünü göstərir: həm daxili məzmunda, həm dəqiq lakonik formada, həm emosional ifadəlikdə və əlbəttə ki, xüsusi musiqilikdə. Təsadüfi deyil ki, əsrlər boyu Füzulinin qəzəlləri musiqiçiləri bir-birindən gözəl əsərlər yaratmağa ilhamlandırmışdır”.
“Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabının elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri isə akademik Nizami Cəfərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadədir.
Lalə xanım Kazımovanın yeni kitabının dahi Füzuli yaradıcılığını izləyənlər üçün dəyərli elmi mənbə olacağına ümid edir, musiqişünas alimə uğurlar arzulayırıq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri