Icma.az
close
up
RU
Füzulidə növbəti Şəhər Günü qeyd olunur FOTOLAR

Füzulidə növbəti Şəhər Günü qeyd olunur FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Füzuli müasir tariximizə şanlı Zəfərlə yazılan 44 günlük Vətən müharibəsində düşmən işğalından azad olunan ikinci şəhərdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə daxil olub.
Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə artıq üçüncü ildir oktyabrın 17-də Füzulidə bayram şöləni – Şəhər Günü keçirilir.
Füzuli Şəhəri Gününün tədbirlər silsiləsi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlanıb. Məktəbin böyük zalında Füzuli Dövlət Dram Teatrının təqdimatında məşhur fransız nağıl yazıçısı Şarl Perronun (1628-1703) "Çəkməli pişik" tamaşası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. 
Tamaşada rolları Anar Buludov, Vüsal Həsənov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli və Emin Abışov ifa ediblər.
Tamaşa siçovulların fermaya hücumu ilə başlayır. Onlar dəfələrlə heyvanların yaşadığı fermaya basqın edərək azuqələri aparır, böyük ziyan vururlar. Ferma heyvanları çıxış yolunu yalnız Çəkməli pişikdə görürlər. Lakin bundan sui-istifadə edib özünü Çəkməli pişik kimi göstərənlər də tapılır.
Ancaq heyvanlar bu yalana inanmırlar. Nəhayət, əsl Çəkməli pişik tapılır və heyvanlara kömək etməyə qərar verir. O, siçovulların başçısını taparaq hiylə ilə ona dostluğun, bir-birinə hörmət və sevgi ilə yanaşmağın nə qədər dəyərli olduğunu anladır.  
Səhnə əsəri uşaqlara heyvanların dili ilə dostluq, yoldaşlıq və həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılayır.
Məktəbin şagirdləri tamaşanı böyük maraq və alqışlarla qarşılayıblar.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri