Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Füzulidə müasir səhiyyə ocağı tikilir

Füzulidə müasir səhiyyə ocağı tikilir

Icma.az, Azvision portalına istinadən məlumat verir.

İşğaldan azad edildikdən sonra Füzuli şəhərində genişmiqyaslı tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Uzun illər viran qalmış ərazilərdə bu gün yeni yaşayış massivləri, sosial infrastruktur obyektləri, yollar və mühüm əhəmiyyət daşıyan səhiyyə müəssisələri inşa olunur.

AzVision.az AZƏRTAC-a istinadla xəbər verir ki, yenidən dirçələn Füzuli müasir şəhər konsepsiyası əsasında formalaşdırılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Füzuli Rayon Mərkəzi Xəstəxanasının tikintisidir.

Füzuli Rayon Mərkəzi Xəstəxanası layihəsinin sahə mühəndisi Elgün Nəcəfovun verdiyi məlumata görə, tikinti işlərinə 2025-ci ilin birinci rübündə başlanılıb və layihənin 2027-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.

"Xəstəxananın ümumi sahəsi 4,5 hektardır. Kompleks bir əsas korpus və 6 köməkçi binadan ibarətdir. Əsas korpus zirzəmisi olan 2, 3 və 4 mərtəbəli binalardan təşkil olunacaq. Köməkçi binalar isə zirzəmisi olan 2–3 mərtəbəli tikililər və zirzəmisi olmayan birmərtəbəli binadan ibarətdir. Əsas korpusda 180 çarpayılıq stasionar şöbə, əməliyyat otaqları, poliklinika və təcili tibbi yardım mərkəzi fəaliyyət göstərəcək. Köməkçi binalarda isə ekspertiza şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, mətbəx-qazanxana, camaşırxana və infeksion şöbə yerləşəcək.

Xəstəxana ərazisində, həmçinin bir ədəd nasosxana, içməli su anbarı və yanğın əleyhinə su anbarının tikintisi də aparılır. Hazırda ərazidə dəmir-beton konstruksiya işləri tam yekunlaşıb, hörgü, suvaq və digər daxili işlər davam etdirilir. Tikinti işləri peşəkar heyət tərəfindən aparılır, istifadə olunan bütün materiallar dövlət norma və standartlarına uyğun olaraq seçilir, əvvəlcədən keyfiyyət yoxlamasından keçirildikdən sonra tətbiq olunur”, - deyə sahə mühəndisi bildirib.

Tikinti işlərində çalışanların əksər hissəsi də Füzuli sakinləridir. Nürəddin Nəsirov doğma torpaqlarda çalışmağın onun üçün qürur olduğunu deyir: "30 ilə yaxın həsrətində olduğumuz torpaqlara qayıtmaq böyük sevincdir. Bir an belə ümidimizi itirmədik. Artıq bir il yarımdır ki, Füzulidə yaşayıram və burada aparılan tikinti işlərində, doğma rayonumuzun yenidən qurulmasında iştirak edirəm. Bir Füzuli sakini olaraq bu işdə çalışmaq mənim üçün böyük qürur mənbəyidir.

Bu torpaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü Ordumuzun sayəsində azad olunub. Qəhrəman oğullarımız bu torpaqlar uğrunda canlarını fəda ediblər. Buna görə torpağımızın hər qarışı bizim üçün həm doğma, həm də müqəddəsdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün azad torpaqlarımız yenidən canlanır, dirçəlir. Hər yerdə tikinti və quruculuq işləri gedir. Mən də bir Füzuli sakini kimi burada çalışmaqdan fəxr edirəm", - deyə Nürəddin Nəsirov bildirib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri