Icma.az
close
up
RU
Füzulidə şəhidlərin xatirəsi anılıb, məzarları ziyarət olunub

Füzulidə şəhidlərin xatirəsi anılıb, məzarları ziyarət olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzuli, 6 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

44 Günlük Zəfər yürüşü zamanı torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən Hüseyn Qasımov, Elnur Quliyev və Araz Hilalovun anım günlərində məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

XXX

Qasımov Hüseyn Kamil oğlu 1984-cü il mayın 13-də Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü zamanı Hüseyn ailəsi ilə birlikdə məcburi köçkün olaraq Beyləqan rayonunun Qəhrəmanlı kəndində məskunlaşıb. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan Hüseyn gələcəkdə hərbçi olmağı qərara alıb. 2002-ci ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Tərxis olduqdan sonra Ağcabədi Dövlət Pedaqoji Kollecinin Bədən tərbiyəsi fakültəsinə qəbul olub. 2008-ci ildə həmin kolleci bitirib. Müəllim ixtisası olmasına baxmayaraq, Hüseyn 2010-cu ildə könüllü olaraq ordu sıralarına qayıdıb. 2016-cı il Aprel döyüşlərində şücaəti ilə seçilib. Hüseyn Qasımov Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. Oktyabrın 2-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu Qəhrəmanlı kənd qəbiristanlığında dəfn olunub.

Hüseyn Qasımov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Quliyev Elnur Eldar oğlu 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb və ordu sıralarında zabit olaraq Vətən keşiyində dayanıb. Vətən müharibəsi zamanı Elnur Quliyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan Bayrağını sancan birinci hərbçi olub. Döyüşlər zamanı Elnur Quliyev və tabor komandiri Orxan Əkbərov, həmçinin digər 4 döyüş yoldaşı qəhrəmancasına şəhid olublar. Elnur Quliyev Füzuli rayonu Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Elnur Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Hilalov Araz Elburus oğlu 1979-cu il aprelin 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1997-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 1999-cu ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışsa da, Vətən sevgisi Arazı yenidən ordu sıralarına qaytarıb. O, 2014-cü ildə könüllü olaraq Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb və müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Araz 2016-cı il Aprel döyüşlərində iştirak edərək şücaəti ilə seçilib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Hilalov Vətən müharibəsi zamanı düşmən cəbhəsinin yarılmasında və bir sıra yaşayış məntəqələrinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Araz Hilalov oktyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Araz Hilalov ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri