Icma.az
close
up
RU
Füzulidə şəhidlərin xatirəsi anılıb, məzaları ziyarət olunub

Füzulidə şəhidlərin xatirəsi anılıb, məzaları ziyarət olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Füzuli, 10 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Füzulidə şəhid Ağamir Ağayev və şəhid Mirrahil Teymurlunun anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Çünki 1993-ci ildə erməni işğalı nəticəsində onun ailəsi öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən məcburi köçkün düşüb. 1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb. Ağamir 2014-ci ildə həqiqi hərbi xidmətə yollanıb və Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib. Aprel döyüşlərində də iştirak edib. Düşmən üzərində qazanılan qələbədə Ağamirin də şücaəti olub. Döyüşlər vaxtı yaralandığı üçün tərxis olunub.

Vətən müharibəsi başlayanda Ağamir könüllü olaraq döyüşə yollanıb. Füzuli istiqamətində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqlarda Ağamir də iştirak edib. Oktyabrın 8-də Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı Ağamir qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağamir Ağayev ölümündən sonra lll dərəcəli “Vətənə xidmətə görə” odeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

X  X  X

Teymurlu Mirrahil Ramiz oğlu 1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Mahmudlu-1 kəndində dünyaya göz açıb. Mirrahil hələ uşaq yaşlarından hərbiyə böyük maraq göstərib. Həqiqi hərbi xidmətində də nizam-intizamı ilə seçilib. Xidmətini bitirdikdən sonra Mirrahil ANAMA-da işə başlayıb. Lakin o, hərbiyə olan istəyi ilə 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb. Hərb sirlərə peşəkarcasına yiyələnən Mirrahil tank bölüyünün baş mexanik sürücüsü olub. Düşmən təxribatına qarşı başlanan əks-hücumda ilk döyüşə girənlər sırasında Mirrahil də olub və cəbhənin yarılmasında şücaəti ilə seçilib. Mirrahil Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirrahil Teymurlu ölümündən sonra lll dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri