Icma.az
close
up
RU
Füzulinin Dövlətyarlı kəndində bərpa və yenidənqurma işləri 323 hektar ərazini əhatə edir FOTO

Füzulinin Dövlətyarlı kəndində bərpa və yenidənqurma işləri 323 hektar ərazini əhatə edir FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

“Füzuli rayonunun Dövlətyarlı kəndində aparılan bərpa və yenidənqurma işləri son sürətlə davam edir. Layihə ümumilikdə 323 hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur”.

APA-nın yerli müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sərabi deyib.

O həmçinin qeyd edib ki, birinci mərhələ 137 hektarlıq ərazidə 450 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Evlər 2, 3, 4 və 5 otaqlı variantlarda tikilir:

"Ümumi yaşayış sahəsi isə təxminən 40 min kvadratmetr təşkil edir.

Kəndin sosial infrastrukturu da paralel şəkildə qurulur. 360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur.

Birinci mərhələdə bütün əsas kommunal xətlər də çəkilir. 15,6 km daxili yol, 42 km-lik 35 kV elektrik xətti, 45 km 0.4 kV elektrik xətti, 74 km rabitə xətti, 15,6 km su təchizatı, 17.8 km qaz xətləri və 12,7 km kanalizasiya sistemi artıq layihəyə daxildir.

İkinci mərhələdə isə 186 hektar ərazidə 269 fərdi yaşayış evi tikiləcək ki, bununla da kənddə evlərin cəmi sayı iki mərhələ birlikdə 719 olacaqdır. Bu mərhələdə ictimai və ticarət binaları, idman-sağlamlıq mərkəzi, bazar, fəvvarə və avtomobil texniki xidmət məntəqəsi kimi obyektlər də planlaşdırılıb. Gələcəkdə çoxmənzilli binalar və ictimai iaşə sahələri də bu ərazidə yaradılacaq".

Qeyd edək ki, bu layihə Füzuli rayonunun müasir infrastruktur konsepsiyasına tam uyğun şəkildə, “ağıllı kənd” prinsipləri ilə həyata keçirilir. Məqsəd həm müasir yaşayış şəraiti yaratmaq, həm də bölgənin sosial-iqtisadi canlanmasını təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri