Icma.az
close
up
RU
Füzuliyə həyat yenidən qayıdır Deputat

Füzuliyə həyat yenidən qayıdır Deputat

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Füzuli uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin ən mühüm və həlledici əməliyyatlarından biri idi.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, xatırladıb ki, Ermənistan silahlı qüvvələri təxminən 30 il ərzində Azərbaycan Ordusu ilə təmas xətti boyunca, xüsusilə də Füzuli istiqamətində çoxpilləli və möhkəm müdafiə istehkamları yaratmışdı:

“Düşmən yaxşı anlayırdı ki, bu istiqamətdə müdafiə xəttinin yarılması müharibənin sonrakı gedişinə ciddi təsir göstərə və Azərbaycan Ordusuna mühüm strateji üstünlüklər qazandıra bilər. Hətta bir sıra hərbi mütəxəssislər belə hesab edirdilər ki, Füzulinin azad olunması üçün uzun müddət tələb oluna bilər. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi bütün dünyaya Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş qabiliyyətini və qəhrəmanlığını nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmənin illər boyu yaratdığı möhkəm istehkamları yararaq tarixi Zəfərə doğru inamla irəlilədi. Oktyabrın 17-də Füzuli şəhərinin, həmçinin Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin işğaldan azad olunması Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri oldu. Azərbaycan əsgər və zabitləri bu Qələbəni böyük fədakarlıq, şücaət və qəhrəmanlıq bahasına əldə etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün azad torpaqlarımızda qürurla yaşamağımızı şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq. Onların Vətən uğrunda göstərdikləri igidlik xalqımızın yaddaşında əbədi yaşayacaq”.

Millət vəkili bildirib ki, Füzulinin azad olunması uğrunda aparılan döyüşlərdə Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib:

“2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis olunması bu tarixi döyüşlərdə iştirak etmiş qəhrəmanların şücaətinin əbədiləşdirilməsi baxımından mühüm qərar idi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş minlərlə hərbi qulluqçumuz həmin medalla təltif olunub. Füzuli əməliyyatında əldə olunan qələbənin ən böyük nəticələrindən biri isə bu gün həmin torpaqlarda həyatın yenidən bərpa olunmasıdır. Uzun illər işğal altında qalan, dağıdılan və viran qoyulan Füzuli artıq genişmiqyaslı quruculuq işlərinin aparıldığı mühüm məkana çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti ilə rayonda yeni infrastruktur yaradılır, şəhərin gələcək inkişafı üçün sistemli layihələr həyata keçirilir. Xüsusilə Füzulini heç vaxt görməmiş gənclərin öz ata-baba torpaqlarına böyük sevgi və bağlılıqla qayıtmaları son dərəcə qürurverici haldır. Bu, Azərbaycan xalqının doğma yurda bağlılığının nəsildən-nəslə keçdiyini və uzun illər davam edən ayrılığın həmin bağlılığı zəiflədə bilmədiyini göstərir. Doğma torpağı yalnız ailə xatirələrindən və valideynlərinin, babalarının söhbətlərindən tanıyan gənclərin bu gün azad Füzulidə yaşamaq arzusu milli yaddaşın və Vətən sevgisinin gücünün parlaq ifadəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri