“Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə avqustun 6-7-də Gəncə İdman Sarayında ikinci dəfə “Ganja Cup” üzgüçülük yarışı təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, turnirdə iştirak etmək istəyən üzgüçülər müəyyən olunmuş minimum “World Aquatics” (WA) bal tələblərinə cavab verməlidirlər.
Belə ki, 2016-2017-ci il təvəllüdlü iştirakçılar üçün minimum 150 WA, 2014-2015-ci il təvəllüdlülər üçün 200 WA, Open kateqoriyasında çıxış edəcək idmançılar üçün isə minimum 280 WA balı tələb olunur.
Qeyd edək ki, “Ganja Cup” ötən ildən etibarən Azərbaycan Üzgüçülük Federasiyasının təqvim yarışlarından biri kimi keçirilir.
Bu mövzuda digər xəbərlər:“Ganja Cup 2026” üzgüçülük yarışı başlayıb FOTO
07 Avqust 2026 10:39
Üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
26 Avqust 2025 16:39
“Ganja Cup 2026” yarışı keçirildi
08 Avqust 2026 13:44
Gəncədə üzgüçülük üzrə Ganja Cup 2025 turniri başa çatıb
15 Sentyabr 2025 02:26
“Ganja Cup 2026” başa çatdı Fotolar
08 Avqust 2026 13:43
Baxış sayı:205
Bu xəbər 15 İyul 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















