“Ganja Cup 2026” yarışı keçirildi
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib.
Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.
İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alıblar.
Qaliblərin mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, ikinci dəfə keçirilən “Ganja Cup” yarışında bu il ilk dəfə Belarus və Gürcüstan komandaları da iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Avqust 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















