Icma.az
close
up
RU
“GastroFest 2026” festivalı yekunlaşıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Qoşa Qala meydanında keçirilən “GastroFest 2026” festivalı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, qastronomiya, musiqi, incəsənət və əyləncəni vahid konsepsiyada birləşdirən festival İçərişəhərin tarixi-mədəni mühitinə tamamilə fərqli çalarlar gətirib. Festival çərçivəsində ziyarətçilər yeni dadlar kəşf edib, yaradıcılıq layihələrinə qoşulub, canlı musiqi proqramlarından zövq alaraq İçərişəhərin bənzərsiz atmosferində unudulmaz anlar yaşayıblar. Tədbirin ən çox maraq doğuran guşələrindən olan kulinariya zonası tanınmış aşpazların xüsusi təqdimatları, zəngin mətbəx nümunələri və küçə yeməkləri ilə yadda qalıb.

Festivalda Özbək mətbəxini təmsil edən stendin nümayəndəsi Ayşən Eminova öz təəssüratlarını agentliyin müxbiri ilə bölüşüb. O, bu cür festivalların təşkil olunmasını yüksək qiymətləndirərək qeyd edib ki, hazırladıqları özbək plovu və samsa xüsusi sevilib.

Yerli və xarici DJ-lərin çıxışları, canlı musiqi və səhnə performansları İçərişəhərin özünəməxsus ab-havasına müasir ritmlər qatıb. İncəsənət və əl işləri zonalarında isə ziyarətçilər sənətkarların yaradıcılığı ilə tanış olub, müxtəlif layihələri kəşf ediblər.

Çinli turist Sujun Zhöu Bakıya ikinci dəfə səfər etdiyini və şəhəri çox bəyəndiyini deyib. O, ötənilki səfəri ilə müqayisədə bu dəfə festivalda səslənən musiqinin də diqqətini çəkdiyini, tədbirin ab-havasını və təqdim olunan yeməkləri bəyəndiyini qeyd edib.

Bütün yaş qruplarının zövqü nəzərə alınaraq hazırlanan proqram tədbirin interaktiv ruhunu daha da gücləndirib. Uşaqlar üçün nəzərdə tutulan ustad dərsləri və əyləncəli məşğələlər balaca iştirakçılara öyrənərək əylənmək fürsəti verib, böyüklər isə yaradıcı emalatxanalarda və maraqlı təqdimatlarda fəal iştirak ediblər.

Müxbir - Fidan Əlizadə

Fotoqraf - Azər İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri