Icma.az
close
up
RU
GDU da şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

GDU da şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə, 21 may, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) tədris korpusunda Əməkdar mədəniyyət işçisi, Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirilib. Tədbirdə əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva şair Qəşəm Nəcəfzadənin ədəbiyyata verdiyi töhfələrdən danışıb, onun əsərlərinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Prorektor qeyd edib ki, tanınmış şair Qəşəm Nəcəfzadə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Şair elə tələbəlik, gənclik illərində də gözəl şeirlər yazıb.

Deputat, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə Qəşəm Nəcəfzadənin yaradıcılığından danışarkən, onun oxucuya özünü müəllif kimi hiss etdirməyi bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus yerə malik olmasından, eləcə də əsərlərindəki səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs edib.

Şairin qələm dostları da çıxış edərək onun Azərbaycan ədəbiyyatının poetik nəfəsi ilə seçilən ən parlaq nümayəndələrindən biri, son dərəcə təbii və özünəməxsus təbiətli, cəmiyyətə, ümumbəşəri dəyərlərə nüfuz edən istedadlı şair olduğunu diqqətə çatdırıblar.

Qəşəm Nəcəfzadə oxucularına təşəkkür edib.

Sonda tələbələr Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirib, şairə suallar ünvanlayıblar.

Qəşəm Nəcəfzadə tələbələrə yeni çapdan çıxan “Unutmaq haqqında sevgi dərsləri” və “Bir gözəl qadın ölür” adlı kitablarını hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri