Icma.az
close
up
RU
Yuvadan dünyaya Qəşəm Nəcəfzadə yazır

Yuvadan dünyaya Qəşəm Nəcəfzadə yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Qəşəm NƏCƏFZADƏ
Şair, AYB Uşaq Ədəbiyyatı şöbəsinin müdiri

Tanınmış şair Nazim Hüseynli Oğuz rayonunda yaşayır. Mənə yeni şeirlər kitabını göndərib. Bir az meşə sərinliyi, qar və dağ havası ilə dolu olan bu kitabı bir neçə dəfə vərəqlədim. Adətimdi, sonuncu səhifədən oxumağa başladım, yavaş-yavaş gəldim ön səhifəyə. Niyə? Adətən şairlər ən yaxşı şeirlərini ön səhifələrə verir, bir az zəifləri isə arxaya sürüşdürürlər. Bu dəfə, deyəsən, yanılmışdım: kitabın əvvəli də, sonu da maraqlıdı, səmimiyyətlə doludu.

Kitabın ön sözü Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminindi. Nazim Hüseynlinin vətənə, yurda bağlılığından, səmimi duyğularından yazıb. Kitabda yaxşı nə varsa, heç biri gözündən yayınmayıb.

Nazim Hüseynli "Hamıdan da vətən üstün" kitabının ümumi mənasını bir cümlə ifadə etmək lazım gələrsə, onu belə ifadə etmək olardı: "Yuvaları uçurmayın!" Məncə, bu iki sözdə şairin mənəvi, psixoloji həqiqəti gizlənib. Şair övladlarına müraciətlə deyir:

Gəlişini tez duyun,

Müjdə sayın, bəxt sayın,

Lap qocalın, qarıyın,

Bu yuvanı qoruyun!

Hər şey bur quş yuvasını qorumaqdan başlayır. Əgər sən kiçik bir quş yuvasını qoruya bilmirsənsə, demək, heç nəyi qoruya bilməyəcəksən. Şairin ən böyük arzularından biri təbiəti qorumaqdır, "təbiət sevsən, qorusan, demək, sən bütün sevgilərin cəmini sevirsən". Bir ağac budağı kəsilirsə, bir kəpənəyin qanadları vaxtsız sınırsa, onda uşaqların, bütünlükdə bəşəriyyətin həyatına bir zərbə dəyir, bir ağac kölgəsi azalır, bir kəpənəyin yolunu gözləməkdən çiçəklərin gözlərinin kökü saralır.

Meşəni sevən var, gəlib görən var,

Moruğun yığan var, çiçək dərən var,

Ağac kölgəsinə ürək sərən var,

Meşədə ağac yox, kölgələnməyə.

Və yaxud

Nə bir gözəlliyi, dadı qalıbdır,          

Görəni kül edən odu qalıbdır,

Meşənin bir meşə adı qalıbdır,

Meşədə ağac yox kölgələnməyə.

Şairin obrazlı şəkildə ifadə etdiyi meşə haqqında bu həyəcan təbili elə vətənə olan böyük sevginin bariz nümunəsidir. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, "qorxuram insanlıq ölə, insan qala". İndi böyük şairimizin həyəcanının arxasınca Nazim Hüseynli də "Meşənin bir meşə adı qalıbdı" fikrini qoşur. Bu, həm mətnlərarası əlaqə kimi də maraqlıdı, həm də təbiətdaş, vətəndaş şair xarakterini səciyyəsi kimi gözəldi. Mən istəyirəm bu cümləyə bir "dünyadaş" sözünü də əlavə eləyim. Şair yuvanı, kəpənəyi qorumaqdan başlayan (bunu övladlarına tapşırır) öz fikirlərini meşə üzərində cəmləşdirir "meşədə ağac yox kölgələnməyə", burda da fikir donmur, hərəkət edir, inkişafa yönəliklidir, sonra vətən başlayır: "Vətən, gözün aydın, Şuşa alındı" - deyir. Vətənin qıraqda qalan yerlərindən söhbət aşan şair, Cənubu Azərbaycandan, onun dil problemindən bəhs edən misraları ilə yurdumuzun böyük xəritəsini çəkir. Sonra şair vətəndən - dünyaya, onun dərdlərinə keçir.

Pisləməsin onu yetən,

Deyilik heç yana gedən,

Üstü vətən, altı vətən,

Sev dünyanı, insan oğlu.

Demək, sən dünyanı sevə bilməsən, vətəni də sevə bilməzsən. Çünki dünyanın "altı da, üstü də vətəndir". Dünya olmasa, vətən olmaz və yaxud əksinə. Yuvadan, kəpənəkdən başlayan şair düşüncəsi daim irəli gedir, təfəkkür hərəkətdədir, daim yenilənir və gəlib belə bir ali məqama çatır:

Bütün ölkələrin yolları birdi,

Calanır, birləşir yollara yollar.

Hər dilin öz yeri var yer üzündə,

Qohumdu, qardaşdı dillərə dillər.

Bəli, bütün ölkələr, bütün dillər, bütün yollar birdi, qardaşdı, bəs bu müharibələr nə üçün? Şairin sualı haqlı sualdır. Bəlkə elə bu müharibələr uçurdığumuz yuvalardan və qanadlarını sındırdığımız kəpənəklərdən, qırdığımız meşələrdən başlamışdı? Bəlkə də...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri