GDU nun komandası intellektual oyunun birincisi olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 31 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “GİNius tələbə gənclər kuboku 2025” layihəsi çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunun yarımfinal mərhələsi keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gənclər Evində təşkil edilən intellektual-əyləncəli oyunda Gəncə şəhəri ilə yanaşı, Tovuz və Qazax rayonlarını təmsil edən ali və orta ixtisas təhsili müəssisələrinin 9 komandası iştirak edib.
Yarışın sonunda yarımfinal mərhələsində fərqlənən və noyabr ayında Bakı şəhərində keçiriləcək final oyununa vəsiqə qazanan komandalar elan olunub. Gəncə Dövlət Universitetinin “SSBP” komandası 1-ci, Azərbaycan Texnologiya Universitetinin “DEBP” komandası 2-ci, Azərbaycan Dövlət Aqrar Universitetinin “Zəfər” komandası isə 3-cü yerə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















