GDU nun tələbələri könüllülük fəaliyyəti haqqında maarifləndiriliblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə, 10 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi gənclərin fərdi inkişafına və ictimai fəallığının artırılmasına dəstək olmaqdır.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək gənclərin Könüllü hərəkatına cəlb olunmasından, bu hərəkatın mütəşəkkil xarakter almasından, gənclərin fərdi inkişafına təkan verməsindən danışıb.
Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev vurğulayıb ki, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artırır.
2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun Baş mütəxəssisi Elnur Şabanzadə tələbələrə “ASAN Könüllüləri” proqramı, onun məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Sonda “ASAN Könüllüsü” olmaq istəyən tələbələrə könüllülük portalından qeydiyyatdan keçmə prosesinə dəstək göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 10 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















