GDU nun tələbələri idman yarışlarının qalibi olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə, 4 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə idman yarışı keçirilib. Yarışda Gəncə şəhəri üzrə gənclərdən ibarət 10 komanda iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idman yarışında Gəncə Dövlət Universitetinin (GDU) komandası minifutbol, şahmat və dama idman növləri üzrə I yeri qazanıb. GDU-nun qalib tələbələrinə fəxri fərman, kubok və medallar təqdim olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, idman növlərinin inkişaf etdirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği, dostluq münasibətlərinin gücləndirilməsi olub.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 May 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















