Icma.az
close
up
RU
Gecə ilə siyahını dəyişdilər, istefalar başladı Töhmət alan vitse spikerlə bağlı bilinməyənlər

Gecə ilə siyahını dəyişdilər, istefalar başladı Töhmət alan vitse spikerlə bağlı bilinməyənlər

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat, akademik Rafael Hüseynova töhmət verilib. Buna səbəb onun parlamentdə keçirilən konfrans zamanı partiya sədri, Xalq şairi Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir. Bəzi məlumatlara görə, R.Hüseynov töhmət almasına etiraz olaraq partiyasından istefa verib. Amma VHP sədrinin müavini Samir Əsədli bunu təsdiqləməyib. Onun sözlərinə görə, R.Hüseynov istefa verməyib.

“Yeni Sabah”ın əməkdaşı gün ərzində R.Hüseynovla əlaqə saxlamağa çalışıb, amma o, telefon zənglərinə və yazılı mesajlara cavab verməyib.

Ona görə də Milli Məclisin sədr müavinin töhmət almasına münasibəti məlum deyil. Eyni zamanda o, istefa xəbərlərinə də indiyədək aydınlıq gətirməyib.

“Yeni Sabah” xatırladır ki, bu, VHP-də R.Hüseynovla bağlı ilk qalmaqal deyil. 25 il əvvəl - 2000-ci ilin parlament seçkiləri ərəfəsində daha ciddi münaqişə olub.

Həmin dövrdə Azərbaycanda parlament seçkiləri qarışı - proporisonal və majoritar seçki sistemi ilə keçirilirdi (daha sonra tam olaraq majoritar sistemlə). VHP 90-cı illərin sonlarında ölkədə nüfuzlu siyasi təşkilatlardan sayılırdı və partiyanın proporisonal siyahısında ön yerlərdən birini tutmaq üçün ciddi rəqabət gedirdi. Çünki yuxarı yerlərdə qərarlaşmaq deputat seçilmək şansını artırırdı.

Uzun sürən müzakirələrdən sonra VHP siyahını elan edir. Partiyanın proporisonal siyahısında ilk beşlik belə olur:

1. Samir Rüstəmxanlı

2. Cümşüd Nuriyev

3. Əsgər Məmmədov

4. Fəzail İbrahimli

5. Rafael Hüseynov (bitərəf ziyalı kimi)

Amma bir neçə gün sonra gecə ilə sədr Sabir Rüstəmxanlı siyahını dəyişdirir. VHP-nin yeni siyahısında ilk üçlük belə olur:

1. Samir Rüstəmxanlı

2. Fəzail İbrahimli

3. Rafael Hüseynov

Onların hər üçü deputat seçilir. F.İbrahimli və R.Hüseynov indi də parlamentdə təmsil olunurlar.

Siyahı dəyişdirildikdən sonra C.Nuriyev, Ə.Məmmədov və bir xeyli adam VHP-dən istefa verir. Ə.Məmmədov 2023-cü il yanvarın 28-də vəfat edib, C.Nuriyev Odlar Yurdu Universitetində dərs deyir.

Həmin hadisələrlə bağlı “Yeni Sabah”a danışan Cümşüd Nuriyev hesab edir ki, 2000-ci ildə VHP-nin siyahısını sədr Sabir Rüstəmxanlı deyil, Prezident Administrasiyasının (Prezident Aparatı) o zamanki rəhbəri Ramiz Mehdiyev dəyişib:

“VHP-nin siyahısı hazırlandı, təsdiqləndi, hamı gördü. Bir gecə siyahını dəyişdilər, məni və Əsgər Məmmədovu oradan çıxardılar. Rafael Hüseynova VHP üzvü olmaya-olmaya üçüncü yer verildi. Biz də ilk dövrlər elə bilirdik ki, bunu Sabir Rüstəmxanlı edib. Sonra öyrəndik ki, VHP-nin siyahısını Ramiz Mehdiyev dəyişdirdib. O deyib ki, Cümşüd Nuriyev və Əsgər Məmmədov qalsa, VHP parlamemtdə buraxılmayacaq. Amma Rafael Hüseynov və Fəzail İbrahimliyə ilk üclükdə yer verilsə, partiya proporisonal siyahı üzrə Milli Məclisdə təmsil olunacaq. Belə də oldu”.

İkinci çağırış deputatlarla bağlı Milli Məclisin rəsmi saytında yerləşdirilən siyahıda da R.Hüseynovun bitərəf olduğu və VHP-nin siyahısı üzrə deputat seçildiyi göstərilib. O, 2000-ci ilin parlament seçkilərindən sonra VHP-yə üzv olub.

2005-ci ildə isə VHP tərəfindən namizədliyi irəli sürülüb. 2010-cu ildə isə VHP üzvü kimi namizəd göstərilib. 2015-ci ildən etibarən partiyanın Ali Məclisinin üzvüdür.

“Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq, rəsmi reyestrdə də Rafael Hüseynov partiya üzvü kimi qeydiyyata alınıb. Hazırda VHP-nin üzvü olmaqla yanaşı, partiyanın ali qərarverici orqanı olan Ali Məclisin üzvüdür.

R.Hüseynovun tərcümeyi-halından gizlətdiyi bir məqam da var. O, 1993-cü ildən 1997-ci ilədək “Amerikanın səsi” Azərbaycan xidmətinin əməkdaşı olub. Amma nədənsə bunu öz tərcümeyi-halında qeyd etmir. R.Hüseynovun Milli Məclis, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin rəsmi satylarda yerləşdirilən şəxsi məlumatlarında, o cümlədən vikipediyasında vaxtilə “Amerikanın səsi”ndə işləməsi qeyd olunmayıb.

R.Hüseynov zənglərə cavab vermədiyinə görə bunun də səbəbini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Rafael Baba oğlu Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirib.

1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlayıb, 1978-ci ilədək burada çalışıb.

O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982-1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləyib. Hazırda muzeyin direktorudur.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri