Icma.az
close
up
RU
Gecə Varlam Şalamovun hekayəsi

Gecə Varlam Şalamovun hekayəsi

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün tanınmış rus ədib Varlam Şalamovun doğum günüdür.

Kulis.az onun "Kolıma hekayələri" silsiləsindən "Gecə" hekayəsini Həmid Piriyevin tərcüməsində təqdim edir.

Şam yeməyi qurtardı. Qlebov yavaş-yavaş dəmir qabın dibini yaladı, stolun üstünə dağılmış çörək qırıntılarını sol ovcuna yığdı, ağzına atdı, diliylə ovcunu yaladı. O, qırıntıları udmadı, bir az ağzında saxladı. Qırıntıların ağzının suyunda islanıb şişdiyini hiss etdi. Bunun dadlı olub-olmadığını Qlebov deyə bilməzdi. Dad başqa şeydir, yeməyin verdiyi bu hissin yanında dad sözü çox kasıb, təsirsiz qalır. Qlebov qırıntıları udmağa tələsmirdi, qırıntılar onun ağzında əriyirdi, tez əriyirdi.

Baqretsovun parlaq, domba gözləri Qlebovun ağzına dikilmişdi - başqasının ağzında yoxa çıxan yeməkdən gözünü çəkmək gücü burdakı heç kimdə yox idi. Qlebov ağzındakıları uddu və Baqretsov o dəqiqə nəzərini onun ağzından yayındırıb horizonta - göy üzündəki böyük narıncı Aya dikdi.

- Vaxtdır, - Baqretsov dedi.

Onlar sakitcə cığırla qayaya tərəf gedib balaca dağa çıxdılar. Günəşin batmağından az vaxt keçmişdi, amma günorta qaloşun üstündən pəncələri yandıran qayalar artıq soyumuşdu. Qlebov sırıqlısının yaxasını bağladı. Hərəkətdə olsa da, bədəni qızınmırdı.

- Hələ çox var? - deyə o, pıçıltıyla soruşdu.

- Çox var, - Baqretsov da pıçıltıyla cavab verdi.

Dincəlmək üçün oturdular. Danışmalı sözləri yox idi, fikirləşməyə də heç nə yox idi - hər şey sadə və aydın idi. Bir az qabaqda xeyli daş vardı.

- Bunu tək də edə bilərdim, - Baqretsov gülümsədi, - amma ikilikdə əyləncəlidir. Həm də ki, köhnə dostuq...

Onları keçən il eyni paroxodda gətirmişdilər.

Baqretsov dayandı.

- Uzan, yoxsa görəcəklər.

Yerə uzanıb daşları atmağa başladılar. Böyük, ikisinin gücü çata biləcək daşlar yox idi, çünki səhər bu daşları bura atan adamlar Qlebovdan güclü deyildilər.

Baqretsov yavaşdan söydü. O barmağını yaralamışdı, qan axırdı. Yaraya qum töküb sırıqlısından cırdığı əsgiylə bağladı, amma qan dayanmadı.

- Pis bağladın, - Qlebov soyuqqanlıqla dedi.

- Hardan bilirsən, həkimsən? - Baqretsov barmağının qanını sovura-sovura soruşdu.

Qlebov susdu. Həkim olduğu vaxtlar indi ona çox uzaq görünürdü. Ümumiyyətlə, o vaxt olmuşdu? Dağların, dənizlərin o tərəfindəki həyat tez-tez ona yuxu kimi, uydurma kimi görünürdü. Real olan qalx komandasından yat komandasına qədər olan saatlar, günlər idi - o, bundan başqasını təsəvvür etmirdi, təsəvvür etməyə gücü yox idi. Burdakı hamı kimi.

Ətrafındakı adamların keçmişini bilmirdi, bununla maraqlanmırdı. Əgər Baqretsov sabah durub fəlsəfə doktoru və ya aviasiya marşalı olduğunu desəydi, Qlebov heç fikirləşmədən ona inanardı. O özü haçansa həkim olmuşdu? Onun nəinki düşünmək qabiliyyəti, müşahidə qabiliyyəti də zəifləmişdi. Qlebov Baqretsovun barmağının qanını sovurduğunu görürdü, amma heç nə demirdi. Bu onun şüurunu yalayıb keçirdi, amma o cavab vermək iqtidarında deyildi. Onun olan-qalan şüuru çox güman ki, daha insan şüuru deyildi, çox az şeyləri qəbul edirdi və indi bildiyi təkcə o idi ki, yol üstündəki daşları təmizləməlidir.

- Çox güman dərindir. - Dincəlməyə uzananda Qlebov soruşdu.

- O, necə dərin ola bilər? - Baqretsov dedi. Qlebov çox boş sual verdiyini və çuxurun doğrudan da, dərin ola bilməyəcəyini başa düşdü.

- Tapdım, - Baqretsov dedi.

Onun əli insan barmağına dəydi. Daşların arasından çıxan baş barmağı Ay işığında aydın görmək olurdu. Barmaq Qlebovun, ya da Baqretsovun barmaqlarına oxşamırdı, amma ölü adamın barmağı olduğu üçün yox, başqa şeyə görə. Bu barmağın dırnağı tutulmuşdu, ətli və Qlebovun barmağından yumşaq idi. Onlar meyitin üstünə tökülmüş daşları tələsik qırağa atdılar.

- Lap cavandır, - Baqretsov dedi. İkisi çətinliklə meyiti çıxartdılar.

- Yaman cüssəlidi, - Qlebov təngnəfəs halda dedi.

- O, belə cüssəli olmasaydı, onu da bizi basdırdıqları kimi basdırardılar, biz də bura gəlməli olmazdıq.

Meyitin köynəyini çıxartdılar.

- Alt paltarı da lap təzədi, - Baqretsov razı qalmışdı.

Alt paltarını da çıxardılar. Qlebov alt paltarlarını sırınmasının yaxasına basdı.

- Bəlkə, özün geyinəsən? - Baqretsov soruşdu.

- Yox, istəmirəm, - Qlebov mızıldandı.

Onlar meyiti təzədən çuxura qoyub üstünü daşla doldurdular.

Ayın göyümtül işığı ətrafdakı bütün qayaları, ağacları, talaları işıqlandırırdı. Hər şey canlı görünürdü, amma gündüz göründüyü kimi yox, başqa cür. Bu dünyanın ikinci - gecə görkəmi idi.

Meyitin alt paltarı Qlebovun yaxasında qızınmışdı və daha yad hissi aşılamırdı.

- Papiros olsaydı çəkərdik, - Qlebov dedi.

- Sabah çəkərsən.

Baqretsov gülümsədi. Sabah onlar alt paltarını satacaqlar, çörəklə dəyişdirəcəklər, bəlkə, bir az tütün də tapdılar...

1954

SSRİ Xalq artisti vəfat etdi Mirələm Mirələmova ağır itki Məşhur aktyor vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see373

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see271

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see262

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see241

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see230

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see229

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see227

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see216

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see212

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see210

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see207

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see207

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see206

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see201

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see199

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see196

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see174

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see173

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri