Gecələr günəş işığı satılacaq: Qeyri adi layihə
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Yeri işıqlandıracaq 28 milyonluq layihə həyata keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, "The Economist" nəşrinin məlumatına görə, ABŞ-nin Kaliforniya ştatında yerləşən "Reflect Orbital" startapı gün batandan sonra günəş işığını satmağı planlaşdırır.
Artıq 28 milyon dollardan çox sərmayə cəlb edən şirkət 625 kilometr hündürlükdə 160 kvadratmetr sahəsi olan güzgülü peyk hazırlayır. Bu qurğu Yerdə diametri 5,5 kilometr olan ərazini işıqlandırmaq gücünə sahib olacaq. pizza
Startap nümayəndələri bildirirlər ki, bu cür 76 peyk planetin istənilən nöqtəsini bütöv ayın işığına bərabər səviyyədə işıqla təmin edə bilər. Şirkət gələcəkdə günəş elektrik stansiyaları, xilasetmə əməliyyatları, mədənlər, kurortlar və şəhər işıqlandırması üçün on minlərlə daha böyük güzgü buraxmağı hədəfləyir.
Bununla yanaşı, astronomlar işıq çirklənməsi riski ilə bağlı xəbərdarlıq edirlər. Mütəxəssislər bildirirlər ki, böyük güzgünün təsir zonasında ulduzlar görünməyə bilər, 400 peykin işığı isə 80 kilometrədək məsafədən seçilə bilər. "Reflect Orbital" rəhbərliyi isə teleskopların yaxınlığında güzgüləri söndürəcəyinə söz verir./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 Sentyabr 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















