Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

“Qaxacı gecələr ayaz, gündüzlər günəş qurudar” AZƏRTAC

“Qaxacı gecələr ayaz, gündüzlər günəş qurudar” AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Qax, 26 noyabr, AZƏRTAC

Qaxın ucqar İlisu kəndinin köhnə kişiləri belə deyərmiş.

Bu ənənəni qoruyan yerli sakinlər hazırladıqları məhsulun dad və keyfiyyətinə də xüsusi diqqət göstərirlər. Təsadüfi deyil ki, Qaxın qaxac əti “Dünya dad gəmisi ” kataloquna daxil edilib.

AZƏRTAC-ın əməkdaşı xəbər verir ki, rayonda qurudulmuş qaxac ətlə hazırlanan xörəklərin səsi-sorağı dünyanın bir çox ölkəsindən gəlir. Noyabr ayından başlayaraq Qaxda, xüsusən İlisu və Sarıbaş kəndlərində qaxac ətin hazırlanma prosesi daha geniş vüsət alır.

Bu günlər rayonun əksər yaşayış məntəqələrində, xüsusən də ucqar dağətəyi kəndlərdə hansı qapını açsanız həyətdə qaxacla qarşılaşmaq mümkündür. Dağların ətəyində yerləşən, ilin bütün fəsillərində qonaqlı-qaralı olan qədim İlisuda kənd sakinləri tarixdən gələn bu ənənəni qoruyub saxlayırlar.

Ilisu təkcə Şimal-Qərb bölgəsində deyil, ölkəmizdə, eləcə də yaxın xaricdə qaxac ət qurudan mərkəz kimi tanınır. İlisulu Məmmədovlar da dördüncü nəsil olaraq bu tarixi ənənəni yaşadır. Bayram Məmmədov qaxlıların istehsal etdiyi qaxac ətin hazırlanma texnologiyasının daha təminatlı və keyfiyyətli olduğunu əminliklə deyir. Çünki burada keçmişin ənənələri bir nəsildən digərinə ötürülür, insanlar dədə-babadan gördüklərini övladlarına, yaxınlarına təlqin edir.

“Bizim qoyun sürüləri, mal-qara yaz gələndən ta oktyabr, bəzən noyabrın bu günlərinə kimi bax gördüyünüz o yaylaqlarda məskunlaşır. Orada hər cür dərman bitkisi yetişir. O yaylaqlarda otlayan heyvanların əti çox dadlı olur. Payızda qışlağa düşərkən onları seçib daha yaxşısını qaxac ət üçün kəsirik.

- Bayram müəllim dediniz ki, ulu babalardan qalan ənənəni siz bu gün həm tətbiq edir həm də övladlarınıza aşılayırsız. Bəs qaxac əti neçə hazırlayırsız?-deyə, sual edirik.

- Qaxac ət üçün ayrılan qoyun, ya da keçi kəsiləndən sonra cəmdəyi bir gün soyuq yerdə saxlamaq lazımdır ki, buzlasın. Sonra qaxacın içi açılır və duzlanır. Bir ya iki gün də xüsusi qabda saxlandıqdan sonra ayazlı gecədə həyətdən asılır ki, şaxta görsün - deyən Bayram Məmmədov el arasında dolma, yaxud kolbasa deyilən qaxac növünün də hazırlanmasının çətin, lakin çox dadlı olmasından bəhs edir.

B. Məmmədov qaxacın bu növünə yerli və xarici bazarlarda daha çox tələbat olduğunu bildirir.

Qaxac ətin hazırlanması nə qədər keyfiyyətli olsa da, onun xörəklərdə tətbiqi tamam başqa dad verir. Öyrənirik ki, qaxacın hissələrinə görə ondan müxtəlif xörəklər hazırlanır. Bu sırada qaxacın döş ətindən istifadə etməklə qarğıdalı unundan xəngəl, boyun hissəsindən lobya şorbası, qabırğa, yaxud dolma hissəsindən sürhüllü xörəkləri hazırlanır. Sadalanan bu xörəklər isə payız və qış aylarında Qaxda ən çox tələb olunan yeməklər sırasındadır.

Bayram Məmmdov aqroturizmin bu istiqamətdə inkişafına böyük maraq olduğunu bildirir. O, bu sahəni daha da genişləndirmək və inkişaf etdirmək məqsədi ilə ötən il Türkiyədə səfərdə olub, fermerlərlə təcrübə mübadiləsi aparıb. İndi əsas məqsəd tarixi ənənələri bir yerə cəmləmək və daha yaxşı xidmət göstərməkdən ibarətdir. Belə ki, İlisuda qaxac ət və sürhüllü mərkəzinin açılması və bu sahənin inkişaf etdirilməsi onun başlıca məqsədidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri