Icma.az
close
up
RU
Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bankların kredit ödənişlərinin gecikməsinə görə tətbiq etdikləri cərimə faizləri bir-birindən fərqlənir. 

“Qafqazinfo” xəbər verir ki, bir çox hallarda gecikmənin müddətindən asılı olaraq tətbiq edilən cərimənin məbləği ümumi borcun əhəmiyyətli hissəsinə çevrilə bilir. Vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizlərinə görə daha da artır. 

Maraqlıdır, bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər? Qanunvericilik bu barədə nə deyir? 

Mülki Məcəlləyə görə, kredit müqaviləsi əsasında borcverən pulu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pulu müqavilədə müəyyən edilmiş müddətə faizlərin və digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürməlidir.  

Qanunvericiliyə əsasən, borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır.

Aşağıdakı hallar borclunun öhdəliyini gecikdirməsi sayılır:

- Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

- İcra müddəti çatanadək borcverənin etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Əgər borclu müddəti çatdıqdan sonra borcverənin xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə ödənişin icrasına dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

Lakin öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmçinin borclu ödəməni gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 

Ödənişin gecikdirilməsinə gəlincə, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), ödənişlərin gecikdirilməsinə görə faizlər müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə həmin dövr üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Bu da o deməkdir ki, gecikən borc üçün bu həddə cərimə faizi əlavə oluna bilər.   

Ödənişin gecikdirilməsinə görə borcverənə dəyən zərər qeyd edilən faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissənin əvəzini ödəməyi məhkəmə qaydasında və ya onunla ayrıca razılıq əldə etməklə tələb edə bilər.

İstehlak krediti üzrə gecikməyə görə faizlər isə müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə 5 faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Yəni bank krediti illik 15 faizlə veribsə, gecikməyə görə bu faiz 20 faizə qədər artırıla bilər. Bu halda əlavə cərimə, komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 

Gecikdirilmə faizlərinin hesablanması 180 gündən, yəni 6 aydan çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın 2025-ci ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur.

Ceyhun Həmid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri