Icma.az
close
up
RU
GƏDƏBƏY SAKİNİ AZƏRQAZ ƏMƏKDAŞINDAN ŞİKAYƏTÇİDİR Abdullayev Nizami Musa oğlu qərəzli şəkildə evimi qazsız qoyub

GƏDƏBƏY SAKİNİ AZƏRQAZ ƏMƏKDAŞINDAN ŞİKAYƏTÇİDİR Abdullayev Nizami Musa oğlu qərəzli şəkildə evimi qazsız qoyub

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Gədəbəy rayonu, Arıqdam kənd sakini İsgəndərov Şadman Musa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.İsgəndərov “Azərqaz” əməkdaşının "özbaşınalığından" şikayət edir:

“Mən, İsgəndərov Şadman Musa oğlu, bildirirəm ki, kəndimizdə qaza nəzarət edən Abdullayev Nizami Musa oğlu mənim və ailəmin xəbəri olmadan, evə gələn qaz xəttini bağlayıb.

Hər ay ödənişlərimi edirəm. Biraz borcum qalıb, bu səbəbdən də gəlib qazı kəsib.

"Azərqaz"ın qaynar xətti ilə danışıram, deyir xəbərimiz yoxdur. Qaz idarəsinə zəng vururam, onlar da deyir ki, xəbərimiz yoxdur.

Ay ərzində 100, 150, 50 manat həcmində ödəmələr etmişəm.

Keçən il həmin Abdullayev Nizami Musa oğluna 108 manat pul vermişdim. Lakin pulumu ödəməmişdir. Bu səbəbdən də adamı polisə verdim. Polis heç bir tədbir görmədi. O vaxt, bu vaxt gedib-gəlib, mənim qazımı kəsməklə məşğuldur.

Prokurorluğa kimi məktub yazıb göndərmişəm. Regional idaərinin rəisinin qəbulunda olmuşam. 10-15 günə smart tipli sayğacla təmin edəcəklərini bildirdi. Amma icra olunmadı.

Keçən ilin may ayından evimdə qaz yoxdur. Qış gəlir, ailəmi fikirləşən yoxdur.

Özüm ikinci qrup əliləm. Yoldaşım ağır şəkər xəstəsidir. Qaz xətti kəsiləndən sonra telefon nömrəmə çoxsaylı mesaj gəlib. Bildirilir ki, 5 gün müddətində pulu ödəməsəniz, qaz təchizatınız dayandırılacaq. Mesaj qaz kəsiləndən sonra gəlib. Hara zəng vururam, deyirlər xəbərimiz yoxdur.

Abdullayev Nizami Musa oğlu qərəzli şəkildə evimi qazsız qoyub. Rəhbərlik isə bu adamın qanunsuz hərəkətinə göz yumur.

“Azərqaz” rəhbərliyindən xahiş edirəm, bu şikayətimə biganə yanaşılmasın."

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see252

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see170

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see131

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see127

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see125

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see124

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see120

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see120

Axios: Tramp məsləhətçilərinə Maduro ilə şəxsən danışmaq istədiyini deyi

25 Noyabr 2025 04:00see118

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri