Gədəbəydə DOST əməkdaşları qeyri qanuni işlərə cəlb olunurlar? İddiaya rəsmi cavab
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Gədəbəy rayonunda DOST İş Mərkəzinin əməkdaşlarının qeyri-qanuni işlərə cəlb olunduğu iddia edilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.
Gədəbəydə DOST əməkdaşları qeyri-qanuni işlərə cəlb olunurlar? - İddiaya rəsmi cavab
İddia olunub ki, Gədəbəy Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mühasibi DOST İş Mərkəzinin əməkdaşlarını qeyri-qanuni olaraq kartof sahəsində çalışdırıb.
DOST İş Mərkəzinin mətbuat katibi Rüstəm İbadov Oxu.Az-a açıqlamasında videogörüntünün araşdırıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, videodakı işçilər Yeganə Allahverdiyeva və Reybə İmamverdiyevanın avqustun 5-də işdən sonra əlavə qazanc üçün əkin sahəsində çalışdıqları müəyyən edilib.
"Onların bu fəaliyyətinin təhkim olunduqları əsas iş yerinə aidiyyəti yoxdur. Ödənişli ictimai işlərə cəlb edilənlər DOST İş Mərkəzi ilə bağladıqları əmək müqaviləsi əsasında işlərə cəlb edilirlər. Onların əmək fəaliyyətinə, davamiyyətinə nəzarət edilməsinə isə işə cəlb olunduqları müəssisə cavabdehlik daşıyır", - deyə R.İbadov bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















