Icma.az
close
up
RU
Gədəbəydə sahibkar spirtli içki içən çobanı ölümcül döydü

Gədəbəydə sahibkar spirtli içki içən çobanı ölümcül döydü

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gədəbəydə sahibkar spirtli içki qəbul edən çobanı döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində baş verib. Kənd sakini, fərdi sahibkarlıqla məşğul olan Şahlar Məmmədov (soyad şərtidir) fermer təsərrüfatı yaradaraq Stepan adlı şəxsi özünə çoban tutub. Stepan isə mütəmadi olaraq içki qəbul edərək heyvanları yiyəsiz buraxırmış.

Bu barədə kənd sakinləri Şahlara məlumat veriblər və Şahlar da bu prosesin şahidi olub.

Bir dəfə Şahlar Stepanın həmkəndlisi Ramin adlı digər çobanla spirtli içki qəbul etdiyini görüb və ondan xahiş edib ki, bir də Stepanla araq içməsin. Ramin də sahibkarla razılaşıb.

Növbəti gün Şahlara məlumat gəlib ki, Stepan yenə heyvanları sahibsiz buraxıb örüş sahəsindən gedib. O, örüş sahəsinə gedib Stepanı axtararkən məlum olub ki, çoban yenə Raminlə spirtli içki qəbul edir.

Sahibkar həmin əraziyə gələrək Ramini sərxoş halda, yatmış vəziyyətdə görüb. O, Ramini yuxudan oyadaraq Stepanı soruşsa da, Ramin Stepandan xəbərsiz olduğunu bildirib. Nəticədə Şahlarla Ramin arasında mübahisə yaranıb və sahibkar Raminə əlindəki ağacla zərbələr endirib. Raminin qohumları hadisə yerinə gələrək onu xəstəxanaya aparıblar.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Şahlar Məmmədova aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzası təyin edilib.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri