Icma.az
close
up
RU
Gədəbəydə şok olay: Kürəkənin əlqolunu bağladılar, kənd sakinlərinin yanında alçatdılar TƏFƏRRÜAT

Gədəbəydə şok olay: Kürəkənin əlqolunu bağladılar, kənd sakinlərinin yanında alçatdılar TƏFƏRRÜAT

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gədəbəy rayonunda 1980-ci il təvəllüdlü Salman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş kürəkəni Cahidə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Hurriyyet.az xəbər verir ki,
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 3-də, saat 18 radələrində Gədəbəy rayonunun kəndində baş verib. 
Salman özünə məxsus fərdi yaşayış evində olan zaman keçmiş kürəkəni Cahid azyaşlı uşaqları ilə görüşmək üçün ora gələrək münaqişə etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı onu qəsdən yumruq və təpik zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Salmanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Cahid onun qızının əri olub, onlar ayrılıblar: 
“Aramızda ədavət və düşmənçilik yoxdur. Cahid tez-tez evimizin yanından keçərkən ünvanıma nalayiq söyüşlər söyərək bizi təhqir edib. İyunun 3-də yaylaqda olmuşam. Anam, qızım və nəvələrim evində olub. Mənə evdən zəng gələrək Cahidin içkili vəziyyətdə evimin həyətinə gəlməsi və onların ünvanına nalayiq söyüşlər işlətməsini bildirdilər. Mən Cahidi yola vermələrini bildirdim. Təxminən yarım saatdan sonra Cahid getdi. Mən Cahidin qardaşına bu barədə məlumat vermək üçün zəng vursam da, qardaşı telefonuma cavab vermədi. 
Bir müddət keçdikdən sonra telefonuma təkrarən zəng gəldi, Cahidin yenidən gəldiyini bildirdilər. Mən ata minərək dağdan kəndə gəldim. Evdə oturaraq çay içdiyim zaman nəvəm bayıra çıxdı və evin qapısını bağlamadı. Qapının açıq olmasını görən Cahid təkrar evin həyətinə daxil oldu. Mən əvvəlcə Cahidə fikir vermədi. Nəvəm Cahidə  yaxınlaşaraq “ata dalaşma, ata dalaşma” dedi. Cahid isə nəvəmi itələyərək yerə yıxdı. Bu zaman anam sakitləşdirmək istəyən zaman Cahid anamı  da vurdu və yerə yıxdı. Bu zaman mən ayağa qalxdım. Cahidin bıçaq çıxarmasını görərək evdə olan pol ağacını götürdüm və onun əlindəki bıçağı vuraraq yerə saldım. Sonra biz əlbəyaxa olaraq dalaşdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə iyunun 3-də baş vermiş, əvvəlcə o evdə olmayıb: 
“Evimdə olanlar Cahidi kameraya çəkərək qapını bağlayıblar. Cahid söyüşlər söydü. Sonradan Cahid içkili vəziyyətdə evə daxil oldu. Bu zaman evdə mən, anam, qızım və nəvələrim olub. Nəvəm Cahidi sakitləşdimək üçün üstünə getdi. Cahid isə məni vuraraq yerə yıxdı. Mən Cahidi əlimdəki bıçağı vuraraq yerə saldıqdan sonra qızıma bıçağı götürməsini bildirdim. Qızım bıçağı götürdükdən sonra biz əlbəyaxa olduq. Hadisədən sonra Cahidin əllərini bağladım və polisə məlumat verdim. Gələn polis əməkdaşlarına da bu barədə məlumat verdim. Polislər gəldikdə Cahidin əlləri bağlı olub. Mən özümü müdafiə etmək üçün pol ağacı ilə vuraraq Cahidin əlindəki bıçağı yerə saldım. Hadisə zamanı əvvəlcə şok vəziyyətində olmuşam. Cahidin əllərini bağlamaq üçün ipi qızım gətirib”.
İş üzrə zərərçəkmiş Cahidin sözlərinə görə, Salman onun keçmiş qayınatası olub, onunla əvvəllər hər hansı düşmənçiliyi və ədavəti olmayıb: 
“Salmanın qızı ilə evli olmuşam. Martın 27-də qızım heç bir səbəb olmadan ata evinə getmək istəməsini bildirdi və getdi. Arvadımın qardaşı polis əməkdaşı Əlini çağırdım. Arvadım Əli ilə birlikdə getdilər. Mən əvvəlcədən keçmiş arvadımın ailə üzvlərinə bu barədə məlumat vermişəm. Sonda Əlini çağıraraq bacısının nə üçün getmək istəməsinin aydınlaşdırmasını istəmişəm. Onlar getdikdən sonra Əlidən heç bir xəbər çıxmadı. Mən dəfələrlə Əliyə zəng vurdum. Sonra arvadım mənimlə danışdı və mənimlə yaşamaq istəmədiyini, boşanmaq istədiyini bildirdi. Bundan sonra arvadım uşağımı mənə göstərməməyə başladı. Salman qışlaqdan gəldi. Bu barədə məlumatı olduqdan sonra ona zəng vuraraq danışmaq və məsələlərini həll etmək istəməyimi bildirdim. Salman əvvəlcə razı olmasa da, sonradan gəlməyimə etiraz etmədi. Mən danışmaq üçün Salmanın evinə getdim. Biz evdə danışaraq Salmana qızının səbəbsiz yerə qaçaraq getməsini, əvvəlcə başqasını istəməsini, mənə zorla vermələrini bildirməsini dedim”. 
Cahid qeyd edib ki, həmin gün Salman onu hörmətsiz şəkildə evindən yola salıb: 
“Salmanın nəvəsinin mənim də uşağım olmasını, görüşmək istəməyimi bildirsəm də, mənə daima uşağını görmək üçün maneə yaratdılar. Hadisə baş verən günü, saat 11 radələrində kənddəki mağazadan şirniyyat aldım və uşağımı görmək üçün Salmanın evinə getdim. Həmin vaxt evdə Əli də olmaqla Salmanın ailə üzvləri olub. Mənim evə gedərkən yolum Salmanın evinin qarşısından keçdiyi üçün həmin günədək  yoldan keçdikdə uşağımı məndən daim gizlədiblər. Bir dəfə də barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər. Mən hadisə günü evə gəldikdə Salmanın evdə olmadığını, sonra gəlməyimi bildirdilər. Mən ikinci dəfə gəldikdə yenidən Salmanın gəldikdən sonra gəlməyimi bildirdikdə iradımı bildirdim, uşağımı görmək istədiyimi dedim”. 
Cahidin ifadəsinə görə, daha sonra qayınatasının evindən gedib və saat 6 radələrində mobil telefonla Salmana zəng vurub: 
“Salman mənə cavab vermədi. Yenidən evlərinə getdikdə Salmanın evinə girdiyini gördüm. İçəri girərək onu çağırdım. Bu zaman Əli pəncərədən başını çıxardı. Əliyə atasını çağırmasını bildirdim. Əli evə gəlməyimi dedi. Mən evə daxil olduqda onların hazırlıqlı vəziyyətdə olmalarını, ipin ortalıqda olmasını gördüm. İçəri daxil olan kimi Salman məni sağ tərəfimdən tutaraq çəkdi və baş nahiyyəmə yumruqla vurdu. Bu zaman mən yerə yıxıldım. Əli üstümə tullanaraq məni vurmağa və başımı yerə vurmağa başladı. 
Əli “ip gətir” deyərək qışqırdı. Bu zaman arvadım ip gətirdi. Mənim əllərimi və ayaqlarımı bağladılar. Mən dava üçün gəlməməyimi, uşağımı görməyimi bildirdim. Lakin mənə məhəl qoymadan əllərimi və ayaqlarımı bağladılar, məni təhqir etdilər. Hadisə zamanı ərazidə yaşayan kənd camaatının hamısı orada olub. Lakin Salman və onun ailə üzvləri onlara hədə qorxu gəldiyi üçün heç biri ifadə vermədi. Əli məni  döydükdən sonra Salman oğluna aradan çıxmasını bildirdi. Əli qapıdan çıxmaq istəyən zaman qonşuları Nazilə qapının qarşısında olub. Əli onu da sinəsindən vuraraq yerə yıxdı. Sonra Əli geri qayıtdı və telefonunun evdə qaldığını bildirdi. Telefonunu və jiletini götürərək evdən çıxdı. Əli qonşuluqda yaşayan və qohumları olan Xalid adlı şəxsin evinə gedərək orada gizləndi”.
Cahid qeyd edib ki daha sonra hadisə yerinə əməliyyat qrupunun əməkdaşları gəlib: 
“İcra nümayəndəsinin və kənd camaatının yanında əllərimi, ayaqlarımı açdılar. Orada yüz nəfərdən artıq adam olub. Məni kənd camaatının və azyaşlı uşağımın qarşısında alçaltdılar. Məni polis şöbəsinə apardılar. Orada gözümdən axan qanı kəsmədiyi üçün xəstəxanaya aparıldım. Daha sonra Gəncə şəhərində gözümdən əməliyyat olundum. Hadisə mənə qarşı bir qrup şəxs tərəfindən törədilin. Salman mənim  içkili olmağımı bildirib. Lakin mənim hadisə zamanı içkili olmamağım həkim yoxlanışı zamanı da müəyyən olundu. Üzərimdə bıçaq olmayıb. Heç kimi, o cümlədən öz uşağımı vurmamışam. Məqsədim uşağımı görmək olub. Salmanın mənim əllərimi tək bağlaması mümkünsüz olub. Əli ilə birlikdə mənim əllərimi bağlayıb”.
Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Salman aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib. 
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətdə Gədəbəy Rayon Məhkəməsinin hökmü və hazırlıq iclasının qərarını ilkin məhkəmə baxışı iclasında ləğv edilib. Cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edilib. 
Gəncə Apellyasiya Məhkəməsində şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. 
Qərara görə, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli hökmü ləğv edilib, cinayət işi yenidən məhkəmə baxışı mərhələsində baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Bu cinayət işi yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə təqdim olunub. 
İş üzrə artıq yenidən məhkəmə araşdırması başlanılıb. 
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri