Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Gəl, payızım ZƏFƏR payızım, gəl!..

Gəl, payızım ZƏFƏR payızım, gəl!..

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xoş gəlirsən, gəl, payızım. Səni təntənəsiz, təmtəraqsız qarşılamaqmı olar? Ey fəsillər fəsli, mövsümlərin şahı, Zəfər payızım, gəl! Gəl ki, Zəfərimizin beş ilini bayram edək. Gəl ki, səni minlərimizə laylay edək. Gəl, payızım-Zəfərim. Digər mövsümlərtək çox da sevilməyən, lakin 2020-dən hər kəsin sevimlisi fəslim, gəl. Sən əvvəllər insanların sevmədiyi xəzan çağı, bağ-bağçanın solan anı, yaşıl rəngin qənimiydin. Dünənədək ağacların xanı olan yarpaqları xəzəl edib küləklərin ətəyində küçələrdə, dalanlarda o divara, bu divara çırpan idin. Yağışınla, çiskininlə, qara-bozlu buludunla ürəklərə ələm idin. Küçələrdə, bağçalarda islatdığın xəzəlinlə insanların rahatlığın pozan idin-bəddualar fəsli idin. Xəzəlini neçə həftələr toplayıb, ta bezikib ağacların solğunlaşmış yarpaqlarını çırpıb yığan, səndən biryolluq qurtarmaq istəyənlərin dillərində qarğış idin...

Az insandı, sənin rənglərində təbiətin hüsnün görən. O min rəngli yarpağında yaşılın hicranın görən. Çox az insandı, xəzəlinin nəğməsini dinləməkçün saatlarla səninlə olan, küçə, dalan, xiyabanları dolanan. Səndən ilham alıb şair, rəssam, bəstəkar olan. Çox az insandı...

Deyirlər, Allah hər kəsi eyni yaradıb, onlara hər şeyi eyni verib, amma nədənsə biz insanlar bunu anlamaq istəmirik. Daha doğrusu anlamağa çalışmırıq ki, məndə olan səndə bir başqa şəkildədir. Bax, götürək elə səni. Beş il bundan əvvələdək təkcə təbiətin sonu - yaşıl rəngli övladını qoynundan alan, növrağını pozan idin. Amma əslində sən həm də o yaşıla zamanla veriləcək yeni bir həyat idin. Bilindimi qədir-qiymətin? Yox. Yaz bir yandan, yay bir yandan, insanlar da bir yandan tənə etmədilərmi sənə? Üşütdükcə, küləkləri əsdirdikcə, qış xəbərin gətirdikcə, sevilməyən fəsil oldun. Bəlkə də acıdı ulu Yaradan, pozdu bərabərliyi aranızda. Səni elə bir zirvəyə qaldırdı ki, fəsillərin şahı, ta bu dünya durduqca zirvələrdən boylanan oldun...

Gəl payızım-Zəfərim, payızım-yazım, gəl! Gəl, beş il əvvəldən, indi səni milyonlarla sevənlərə özündən danış. Otuz illik Qarabağın hicranını vüsal edən o qırx dörd gününün hər anın danış. Gəl, payızım-Zəfər fəslim, Ali Baş Komandanımızın əmrindən, ərənlərin Vətənimin harayına verdikləri haydan danış... İgidlərin başının altına yastıq olan, bir zamanlar sevilməyən xəzəlindən, sənintək heç bir fəslin görmədiyi qandan danış. Torpağımdan, əzəl yurdlarımdan danış. Suqovuşana qovuşmaqdan, Şuşadakı əlbəyaxa döyüşlərdən, göz yaşını otuz il sularına qarışdıran Arazın Xudafərin vüsalından, Məhəmməd Füzulinin adını daşıyan o diyardan, Ağdam, Laçın, Kəlbəcərdən-o ellərin hamısından, məşhur Qarabağ atlarından, düz otuz il boynubükük xarıbülbüldən danış. Düşməni doğma yurdumuzdan qovan, acgözlüyə divan tutan, gəncliyini torpağına qurban verən, anaları qara yaylıq, ataları belibükük, balaları yetim edən, qız-gəlinin gözlərini əbədi bir yola dikən minlərimdən danış...

Sonsuz idin, ana oldun, beş il öncə, payızım. Minlərimin anası payız, gəl, onlardan danış. Qoynunda laylay deyib torpağa tapşırdığın igid, ərlərimdən danış. Ağlamadın, yağış yağar, əsgərim islanar, xəstə olar, dedin. Yer islanar, palçıq olar, namus, qeyrət, ar davası yarımçıq qalar, dedin. Göz yaşın içinə axdı, ürəyin sızladı, payızım. Sən nə qədər güclüymüşsən... İlahi, tək bir ana gör neçə min oğul verdi qırx dörd gündə torpağa. Bu xəbəri minlərimin uzaqdakı anasına da sən verdin. Hər xəbəri verəndə də nələr çəkdin...

Dağ payızım, dağlı payızım, həm də ki, vüqarlı payızım, gəl, xoş gəlirsən bu ellərə. Qurban sənin əsgər ayağı dəyən, yastıq, yorğan xəzəlinə, igid nəfəsi qarışan nəfəsinə, ərənlərin səninlə son görüşünə. Şəhidinə şahid fəsil, qurban səndə axan qanlara, bağrına çəkilən dağlara, köksündəki yaralara. Qurban sənin otuz ilin həsrətini qırx dörd gündə yox etdiyin ana. Yurd hicranlı qaçqın, köçkün, didərginə açdığın qucağa, kilidli qapılardan qopardığın qıfıllara... Qarabağa gətirdiyin bahara. O bahar ki, otuz ildi, didərgindi Qarabağdan. Payızıydın, payızında bahar oldun, yaz günəşi kimi doğdun. Minlərlə anadan balasını alsan da, Qarabağı sən qaytardın doğma ana qucağına.

“Oğullar Vətənə qurban doğulur. Qoy olsunlar qurban, ta ki torpaq var olsun, yad əllərdə qalmasın” dedin. İgidimizi aldın, əvəzində namus, iffət, izzətimiz olan torpağı geri verdin. 44 gündə dünyanı bizimlə birgə heyran etdin. Ölkələr rəhbərimiz ətrafında birliyimizin dəmir yumruq olub düşmən başına endirildiyindən, bu yumruğun otuz ilin sükutunu paramparça etdiyindən danışdılar. Haqqına susduqları haqsızlıq üsyan eyləyib Qarabağ sehrini çözdü. Biz Zəfər qazandıq. Səninlə birgə qalib olduq, payızım. Sən sadəcə payızdın, Zəfər payızı oldun. Fəsillərin şahı oldun. Həm kədərimiz, həm qürurumuz oldun. Elə o üzdən də övladlarını səndə itirən bu Vətənin anaları deyir ki:

Şalımı al bağlaram,

Qara yox, al bağlaram.

Qarabağda minlərimi

Mən qürurdan ağlaram.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri