Icma.az
close
up
RU
Qələbə müjdəli payızım

Qələbə müjdəli payızım

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 16 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Xilqətdən ilham alıb al-əlvan don geyinən, həsrəti, vüsalı, kədəri və sevinci özündə birləşdirən saf, təmiz məhəbbət fəsli payızım. Yağan yağış, əsən rüzgar, saralan çöl, solan çəmən, dumanlı dağlardan sorağını alıb kağız-qələmlə qarşılayıram səni. Naxçıvanın Əcəmi seyrəngahında yarpaqların rəqsinə baxa-baxa xəyallara dalıram: illərin arxasından səslər, sözlər gəlir, xəzəllərin xışıltısına qarışır.

Tarixin minillik səhifələrində sənin izlərini kimlər yazmayıb ki... Əmək rəmzi olan “Cücəni payızda sayarlar” misalı, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Vaqif Səmədoğlunun şeirləri, Bəhruz Kəngərlidən bu yana rəssamların tabloları sənin ilhamından doğub.

O illərin payızı isə indiki kimi deyildi. Blokada illərində insanlar səni soyuq, çətinlik, qıtlıqla qarşılayırdı. Meşələr, xiyabanlar üryan qalmış, kəndlər miskinləşmişdi. Qəlbləri yalnız “qışdan sonra bahar gələcək” inamı isidirdi.

İndi isə Əcəmi seyrəngahında rəsmlər yaradan gəncləri, təravətli havada gəzən orta yaşlıları, oynayan uşaqları izləyirəm. Zamanın necə sürətlə keçdiyini düşünür, Zəfər parkına sarı yol alıram. Beş il əvvəlki o möhtəşəm Qələbə payızı xatirimdə canlanır.

Əvvəllər səni ayrılıq fəsli adlandırırdıq. İndi isə artıq Vətənimizin birləşdiyi, Qələbənin müjdələndiyi mövsüm oldun. 2020-ci gəlişinlə əzəli torpaqlarımıza yeni həyat gəldi, nisgilimiz, həsrətimiz sona yetdi, arzularımız, ümidlərimiz, xəyallarımız çiçək açdı. O zaman bir başqa payız idin sanki. İlk dəfə idi səni elə rahat, sakit görürdüm. Çox həlimli, mülayim xasiyyətli olmuşdun. Alnının düyünü açılmışdı, qaşqabaqlı deyildin əvvəlki kimi. Təbii ki, ürəyindən idi yaşananlar, sən də boğaza yığılmışdın 30 ildir hüsnünün gözəlliyinə xələl gətirən, ana təbiəti məhv edən o mənfurların zülmündən. Tüğyan edən çovğunun, əsən dəli rüzgarın yoxa çıxmışdı, yağılar üzərinə yeriyən igidlərimizi ilıq nəfəsinlə isidən, üşütməkdən ehtiyatlanan, yollarını dumanla, sislə bağlamaqdan çəkinən, haqq, ədalət tərəfdarı idin, payızım. Bəli, əlverişli iqlim şəraitindən də yararlanan qəhrəman oğullarımız al qanları ilə qızıl payızda heç zaman unudulmayacaq qızıl tarix yazdılar, düşmənin xülyasını puç edərək torpaqlarımızı əbədi azadlığına qovuşdurdular, Füzuliyə, Qubadlıya, Zəngilana, Ağdama, Laçına, Şuşaya, Qarabağımıza sancıldı üçrəngli Bayrağımız. Xarıbülbülün ətrinə büründü Şuşamız, Üzeyirin, Bülbülün, Vaqifin, Xurşidbanu Natəvanın pərişan ruhları hüzur tapdı.

Artıq 5-ci ildir ki, gəlişini səbirsizliklə gözləyirik, daha nə qarşıdan gələn qış qorxudur bizi, nə də torpaq həsrəti üşüdür qəlbimizi. Bütöv, qüdrətli Azərbaycan naminə, torpaqlarımızın azadlığının ildönümünü qeyd etdiyimiz üçün sevincliyik, qürurluyuq. Qürurlu günlərin hələ qarşıda olduğunu da gözəl bilirik. Əmin ol ki, bu eldə, bu obada daha heç kim səni ayrılıq, hicran fəsli adlandırmayacaq, böyük Qələbəmizin, Zəfər tariximizin həkk olunduğu bir mövsüm olaraq xatırlanacaqsan, dilimizdə, qəlbimizdə daim bir səs ucalacaq: Səni çox sevirik, Qələbə müjdəli, Zəfər ətirli payızım!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri