Icma.az
close
up
RU
Qonaqlara gəl gəl deyən gözəllik

Qonaqlara gəl gəl deyən gözəllik

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göygöl rayonu ölkənin turizm mərkəzinə çevrilir

Son vaxtlar Göygöl rayonunda həyata keçirilən işlərin mərkəzində rayonun turizm potensialından hərtərəfli istifadə etməklə regionu yerli və xarici turistlərin məkanına çevirmək dayanır. Bu məqsədlə bütün imkanlardan maksimum istifadə olunur. Tarixi yerlər araşdırılır, abidələrə əl gəzdirilir, onların daha da tanıdılması üçün ardıcıl iş aparılır.

Rayonda son illər təşkil olunan festivallar da elə bu məqsədi daşıyır. Burada son iki ildə keçirilən Yaylaq festivalı, Moruq festivalı bir daha göstərdi ki, Göygölə nə qədər böyük maraq var. Çox yüksək səviyyədə keçirilən bu festivallarda yerli turistlərlə yanaşı, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrdən gələn yüzlərlə qonağın da iştirak etməsi tezliklə bu rayonun turizm sahəsində qabaqcıl bölgələrdən birinə çevriləcəyindən xəbər verir. İndinin özündə Göygöl rayonuna elə gün olmur ki, müxtəlif ölkələrdən xarici turist gəlməsin.

Bu il rayonda daha maraqlı festivalların keçirilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlər aparılır. Həmin festivallar haqqında qəzetimizin oxucularına məlumat vermək istəyirik.

Təbii ki, hələlik bunlar bir layihədir və onların həyata keçirilməsi üçün rayon icra hakimiyyəti ilə yanaşı müvafiq nazirliklər, şirkətlər, biznes qurumları, iş adamları yaxından iştirak etməlidirlər.

“Göygölə gəl...” musiqi günləri

Onlardan biri “Göygölə gəl...” musiqi festivalıdır. Niyə Göygöl? Axı bu əsrarəngiz gölü demək olar ki, hamı tanıyır, o cümlədən xarici turistlər. Rayonun özündə o qədər görməli-gəzməli yerlər var ki, sadalamaqla qurtarmır. Festivalın təşkilatçıları bu məsələyə aydınlıq gətirərək bildirirlər ki, əvvəla, rayonun adı artıq 17 ildir ki Göygölün adını daşıyır. İkincisi, bu il Göygölün inzibati rayon kimi yaradılmasının 95 ili tamam olur. Digər tərəfdən, cəmi 14 ildən sonra, yəni 2039-cu ildə Göygölün və ətrafdakı digər unikal göllərin yaranmasının 900 ili tamam olur. Biz bu tədbirlərə indidən hazırlaşmalıyıq, onları bütün dünyaya tanıtmalıyıq...

Göygöl Kəpəz dağının ətəyində, səfalı bir guşədə yerləşir. Onun ətrafında daha 7 eyni mənşəli göl var. 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində uçqunlar Göygöl, Maralgöl, Zəligöl, Ağgöl, Şamlıgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl göllərinin yaranmasına səbəb olmuşdur. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 80 hektara yaxındır. Gölün uzunluğu 2450 metr, eni 595 metr, ən dərin yeri 95 metrdir.

Maralgöl isə dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşir, sahəsi 23 hektardır, ən dərin yeri 60 metrdir.

Həmin günlərdə müxtəlif konsert proqramları, rəssamların əl işlərindən ibarət sərgilər, ekoloji ekskursiyalar, müsabiqələr tədbirə bir rəng qatacaq. Beləliklə, bölgənin zəngin irsini və təbiət gözəlliklərini tanıtmaq,yerli və beynəlxalq turizmi canlandıraraq, iqtisadi inkişafı və mədəniyyətlərarası dialoqu gücləndirməyə imkan yaranacaq.

“Kətə festivalı”

Yəqin ki, ilk dəfədir eşidirsiniz. Elə biz də bu günlərdə məlumat aldıq. Heç rayon sakinləri də bu il Göygöldə belə bir festivalın keçiriləcəyini gözləmirdilər. Amma rayonun tarixində ilk dəfə baş tutacaq bu maraqlı tədbir tezliklə həyata keçiriləcək.

...Elə ki, Hacıkənd meşələrinə çatdınız, yol kənarlarında ağ xalatlı, səliqə ilə geyinmiş orta və yaşlı qadınların xəmir yaydıqlarını, arasına göyərti qoyub ağızlarını bağladıqlarını, sonra da ocağın üstündə olan saca qoyub ehmalca o tərəf, bu tərəfə çevirdiklərinin şahidi olacaqsınız. Beləcə, düz Toğana, Göygölə kimi yolun hər iki tərəfində özlərinə kiçik biznes qurub turistlərin diqqətini cəlb edən bu insanlara addımbaşı rast gəlmək mümkündür. Yoldan keçənlər, hətta xarici turistlər ayaq saxlayır, bu yeməklə maraqlanır, azacıq dadır, sonra da bir neçəsini sifariş verərək özləri ilə aparırlar. Deyirlər ki, Göygölün göy kətəsini yemədən bu yerlərdən getmək sonradan adamda çox peşimançılıq yaradır.

Başqa bir sıra bölgələrdə kətəyə qutab da deyirlər. Bəziləri kətənin arasına qoz, digər ədviyyatlar düzürlər. Amma artıq sübut olunub ki, Göygölün kətəsinə heç biri çatmaz. Yerli qadınlar deyir ki, hər göy-göyərtidən də kətə olmaz. Onları da seçmək lazımdır. Bu yerlərin adamları çox zaman meşələrdə, dağ yamaclarında bitən dadlı göyərtilərdən də kətə bişirirlər və bunun dadının, ətrinin əvəzi olmur.

Rayon icra hakimiyyəti ilk dəfə olaraq belə bir festivalın keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Artıq məkan da seçilib, Çaykənd kəndi. Çünki Çaykənddəki kətələr öz böyüklüyünə, dadına görə seçilir. Adamlar şəhərdən bu kəndə yalnız kətə yeməyə gəlirlər.

Maraqlı festivalla bağlı təxmini proqramda qeyd olunur ki, “Göygöl Kətə Milli Kulinariya Festivalı Azərbaycan mətbəxinin ənənəvi yeməklərindən biri olan kətənin tanıdılması və milli kulinariya mədəniyyətinin qorunması məqsədilə təşkil edilən bir tədbirdir. Bu festival təkcə qastronomik bayram olmayacaq, həm də yerli sahibkarlar, aşpazlar və sənətkarlar üçün yeni imkanlar yaradacaq. Festival çərçivəsində musiqi, əyləncə və mədəniyyət tədbirləri də keçiriləcək”

Festival zamanı kətəbişirmə üzrə ustad dərsləri, milli yeməklərin sərgisi, yerli məhsulların yarmarkası, hədiyyəlik suvenirlərin satışı və digər sənətkarlıq sərgiləri təşkil olunacaq.

“Konyak günləri”

Göygöl sakinləri, ətraf şəhər və rayonlardan gələnlər və xarici turistlər bu il daha bir maraqlı tədbirin şahidi olacaqlar. Ölkədə ilk dəfə olaraq bu rayonda “Konyak günləri”nin keçirilməsi təsadüfi deyil.Bunun əsas səbəbi Azərbaycanda ilk konyak zavodunun 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhərində) “Forer qardaşları” tərəfindən təməlinin qoyulması ilə bağlıdır. Burada odla işləyən 2 distilə aparatı da var. 1895-ci ildə isə “Hummel qardaşları” tərəfindən Helenendorfda konyak zavodu açılıb. Digər səbəbləri isə mədəni, iqtisadi və turizm baxımından bir çox amillərlə bağlıdır. Bu tədbirlər, adətən, üzümçülük və konyak istehsalının zəngin tarixi və ənənələrini qeyd etmək, bu sahənin inkişafını dəstəkləmək və istehlakçıları yüksək keyfiyyətli məhsullarla tanış etmək məqsədi daşıyır. Belə tədbirlər həm istehsalçılar, həm də istehlakçılar üçün faydalıdır və regionun iqtisadi, mədəni və turizm potensialını gücləndirir. Azərbaycanda da üzümçülük və konyak istehsalı ənənələri yenidən canlandırıldığı üçün belə festivalların keçirilməsi çox dəyərli ola bilər.

Konyak günləri bizim bu sahə ilə məşğul olan sahibkarlara və ayrı-ayrı bölgələrə öz adət-ənənələrini, tarixini, turizm potensialını və öz məhsullarını dünyaya tanıtmaq şansı əldə edirlər.

Göygöldə bu maraqlı tədbirin bahar və ya erkən payız aylarında keçirilməsi nəzərdə tutulur.

Bir də Yaylaq və Moruq festivalları

Artıq bu festivalların sorağı hər yerə, o cümlədən bir çox xarici ölkələrə yayılıb. Keçən il bu festivallar böyük əks-səda yaratdı. Qəzetimizdə moruq festivalı başlanmazdan əvvəl də, sonra da bir neçə yazı dərc olunub və bu festivaldan geniş danışmağa ehtiyac yoxdur. Sadəcə onu demək kifayətdir ki, moruq becərənlər, ayrı-ayrı iş adamları sanki belə bir tədbirin keçirilməsini illər uzunu gözləyiblər. Onların festivalda necə böyük maraqla, şövqlə iştirakının hamı şahidi oldu. Öz məhsullarını nümayiş etdirməklə yanaşı, onu sata bildilər, xeyli qazanc götürdülər və rayon rəhbərliyindən dönə-dönə xahiş etdilər ki, belə tədbirləri hər il təşkil etsinlər. Xarici qonaqlar heyran qaldılar. Sən demə, moruqdan neçə cür içki, mürəbbələr, kompotlar hazırlanır, müalicəvi dərman kimi istifadə olunur.

Yaylaq festivalı da on minlərlə adamın, o cümlədən xarici turistlərin bölgəyə gəlməsini, bir-birindən rəngarəng tədbirlərdə iştirakını təmin etdi.

Təbii ki, bi festivallar artıq bir ənənəyə çevrilib, hər il, o cümlədən sonrakı illərdə də keçiriləcək.

...Fikir verirsinizmi, o qədər də böyük olmayan bir rayonda turizmin inkişafı üçün nə qədər bir-birindən gözəl tədbirlər düşünülüb həyata keçirilir. Azərbaycanı, yaşadığın, işlədiyin bölgəni tanıtmaq üçün görülən bu cür işlər təqdirəlayiqdir.

Uğurlar, Göygöl!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Göygöl rayonu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri