Icma.az
close
up
RU
Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün qalibləri üçün mentorluq proqramının başlanması ilə bağlı görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxışında qeyd edib ki, müsabiqə tələbələrin yaradıcı düşüncəsini, təşəbbüskarlıq və liderlik keyfiyyətlərini üzə çıxaran, onların gələcək peşəkar inkişafına təkan verən mühüm bir platformadır. O, bu layihənin gənclərin idarəetmə bacarıqlarının formalaşmasına, intellektual potensiallarının inkişafına və təhsil sahəsində gələcək liderlərin yetişməsinə xidmət etdiyini bildirib. Prorektor çıxışında vurğulayıb ki, ilk dəfə ADPU-da həyata keçirilən və artıq 2-ci mövsümünü geridə qoyan bu müsabiqə universitetin müxtəlif fakültələrindən olan ümumilikdə 800-dək tələbəni əhatə edib. Üç mərhələdən ibarət seçim prosesinin sonunda 10 tələbə qalib adını qazanıb. Qeyd edilib ki, bu kimi layihələr tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, komanda işi və innovativ düşünmə qabiliyyətlərinin inkişafına imkan yaradır. Professor, həmçinin vurğulayıb ki, layihə iştirakçılarının əldə etdikləri təcrübə onların gələcək karyera yolunda mühüm rol oynayacaq. Fikrət Rzayev qaliblərə təqdim edilən fürsətlərdən səmərəli faydalanmağı, daim fəal və təşəbbüskar olmağı tövsiyə edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Taleh Mirzəyev mentorluq proqramının qrafiki, iştirakçıların qarşısına qoyulan tələblər və digər qaydalar haqqında məlumat verib. O, vurğulayıb ki, növbəti həftədən start götürəcək proqram çərçivəsində qaliblər universitetin ayrı-ayrı sturukutur rəhbərlərindən ibarət mentorları ilə mütəmadi görüşlər keçirəcək, onların təcrübələrindən faydalanacaq, öyrəndiklərini real iş mühitində tətbiq etmək fürsəti qazanacaqlar.

Sonda iştirakçıların mentoqluq proqramı ilə bağlı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri