Icma.az
close
up
RU
Prorektor gələcək təhsil liderləri ilə görüşüb

Prorektor gələcək təhsil liderləri ilə görüşüb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sosial və humanitar məsələlər üzrə prorektoru, müsabiqənin Təşkilat Komitəsinin üzvü professor Fikrət Rzayev “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün qalibləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Görüşdə layihənin işçi qrupunun rəhbəri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, layihə rəhbəri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, layihənin koordinatoru Məhəmməd İsrayılzadə, könüllülərlə iş üzrə məsul şəxs İsmayıl Nəsirov, işçi qrupunun üzvü Tərlan Ağayev və müsabiqənin qalibləri iştirak ediblər.

Professor Fikrət Rzayev keçirilən müsabiqənin tələbələrin potensialının üzə çıxarılması və onların peşəkar kadr kimi formalaşması baxımından vacib bir platforma təqdim etdiyini bildirib. O, çıxışında müsabiqənin əhəmiyyətinə toxunaraq, bu təşəbbüsün gənclərin intellektual və idarəetmə potensiallarının üzə çıxarılması və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından xüsusi rol oynadığını bildirib. Qeyd edilib ki, belə layihələr tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli mühit yaratmaqla yanaşı, onların gələcək karyera yollarına doğru atdıqları mühüm bir addımdır. Professor F.Rzayev çıxışının sonunda qaliblərə mentorluq proqramında uğurlar arzulayaraq, onlara bu vacib fürsətdən səmərəli istifadə etməyi, aktiv və təşəbbüskar olmağı tövsiyə edib, bu kimi layihələrin universitetin təhsil strategiyasının tərkib hissəsi olduğunu və tələbələrin hərtərəfli inkişafını hədəflədiyini xüsusi vurğulayıb.

Layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, ümumilikdə 800 nəfərədək tələbənin iştirak etdiyi müsabiqədə 3 mərhələdən sonra qalib adını qazanan 10 tələbə 1000 manat məbləğində pul mükafatı ilə təltif olunmaqla yanaşı, ADPU-nun rəhbər heyətinin də daxil olduğu Təşkilat Komitəsinin üzvlərinin birbaşa iştirakı ilə formalaşdırılan mentorluq proqramına cəlb olunmaq şansı qazanıblar. Yeni tədris ilinin əvvəlindən mentorluq proqramına start veriləcəyini bildirən T.Mirzəyev qalibləri bu mərhələdə təşəbbüskar və aktiv olmağa çağırıb, növbəti mentorluq proqramı ilə bağlı tətbiqi nəzərdə tutulan yeniliklər barədə məlumat verib.

Sonda qaliblərin müsabiqə barədə təəssüratları dinlənilib, müsabiqə qaydalarının təkmilləşdirilməsi istiqamətində təklifləri dəyərləndirilib, suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri