Icma.az
close
up
RU
Gələcəkdə ən çox tələbat hansı ixtisaslara olacaq? MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Gələcəkdə ən çox tələbat hansı ixtisaslara olacaq? MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Texnologiyanın inkişafı və iş dünyasındakı dəyişikliklər yeni peşələrin yaranmasına səbəb olur. Süni intellekt, data analitikası, kibertəhlükəsizlik və yaşıl enerji sahələrində mütəxəssislərə tələbat artır.

Gələcəkdə ən çox tələb olunan peşələr hansılar olacaq və bu sahələrdə uğur qazanmaq üçün hansı bacarıqlar lazımdır?

Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Avtosfer.az-a açıqlamsında bildirib ki, yeni tendensiyalar və trendlər dünyada bir çox prosesə təsir edir: 

“Lakin bu günə qədər süni intellekt heç bir peşəni tam olaraq əvəz etməyib və ya tam olaraq ələ almayıb. Bu gün süni intellektin ən effektiv istifadə sahələrindən biri tərcümə işidir. Müasir dillərə və ya az istifadə olunan dillərə çevirmə prosesində süni intellekt müsbət nəticələr göstərir. Lakin müasir dillərə tərcümə zamanı belə, hələ də peşəkar tərcüməçilərə böyük ehtiyac var. Buna görə də süni intellekt və avtomatlaşdırma heç bir peşəni tamamilə əvəz etməyib. Onlar insanlara işində daha səmərəli olmaq üçün bir vasitədir, amma hələ ki, heç bir işimizi əlimizdən almamışdır.

Yeni trendlərin iş dünyasında böyük təsiri var. Hal-hazırda həm beynəlxalq, həm də lokal müstəvidə süni intellektin təsiri artmaqdadır. İnsanlar öz əmək qabiliyyətlərini artırır, peşələrini daha da ixtisaslaşdırır və bu, daha səmərəli iş mühiti yaradır. Bu da bir çox prosesin avtomatlaşdırılmasına gətirib çıxarır”. 

Ekspert əlavə olaraq qeyd edib ki, dövlətlər də öz xidmətlərində avtomatlaşdırma və süni intellektdən istifadə edirlər:

“Hələ ki, süni intellekt dövlət qurumlarında tam olaraq istifadəyə verilməsə də müəyyən sahələrdə tətbiq olunur. Rəqəmsallaşma artıq bütün ölkələrdə prioritetdir. Vətəndaşlar öz evlərindən və ofislərindən müxtəlif dövlət və özəl xidmətlərə asanlıqla müraciət edə bilirlər. Bu, həm dövlətin, həm də özəl sektorun rəqəmsal yeniliklərdən səmərəli şəkildə istifadə etdiyini göstərir”.

Təhsil eksperti Elmin Nurinin fikrincə, bununla bağlı dünyanın bir çox mərkəzində tədqiqatlar aparılır:

“Bu sahələr bir-birinə çox yaxındır. Nəzərdə tutulan intellektual ixtisaslara data analitika, kibertəhlükəsizlik, yaşıl enerji kimi sahələr gələcəyin ən çox tələb olunan ixtisaslarıdır.

Əmək bazarının tələbi dövrün texniki imkanları və ümumi iqtisadi faktorlar gələcəkdə müəyyən ixtisaslara daha çox yer ayıracaq. Yaxın gələcəkdə aktual ixtisaslar əsasən süni intellekt və texnologiya ilə bağlı olacaqdır. Bu prosesdə insan amili bəzi sahələrdən tədricən çıxır, çünki süni intellekt bəzi peşələri əvəz etməyə başlayır. Nəticədə, gələcəyin ixtisasları da süni intellektin diktə etdiyi sahələrə çevrilir.

Bununla yanaşı, nanotexnologiya, kimya və tibb sahələri də paralel şəkildə inkişaf edəcək. Xüsusilə tibb də nanotexnoloq və süni intellektin üsulların tətbiqi bu sahələrdə böyük dəyişikliklərə səbəb olacaqdır. Gələcəyin ixtisasları süni intellekt əsaslı yanaşma üzərində qurulur. Bu yalnız bizim deyil, dünyanın bir çox aparıcı mərkəzlərinin gəldiyi qənaətdir”.
Ekspert son da bildirib ki, araşdırmalara əsasən, Avropada 2050-ci ildən 50 milyon insanın iş yerini itirməsi gözlənilən bir prosesdir:

“Lakin buna baxmayaraq, insan amili həmişə mövcud olacaq, çünki texnologiyanı inkişaf etdirən, tənzimləyən və ona istiqamət verən yenə də insandır”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri