Icma.az
close
up
RU
Gələcəyin enerjisini formalaşdıranlar: Qadın liderlər Bakıda toplanıblar

Gələcəyin enerjisini formalaşdıranlar: Qadın liderlər Bakıda toplanıblar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

SOCAR-ın təşkilatçılığı ilə “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, SOCAR-ın qadın rəhbər şəxslərinin və “Women in Energy” Assosiasiyasının ölkəmizdə səfərdə olan nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynovanın, şirkətin vitse-prezidenti Arzu Cavadovanın, “Women in Energy” Assosiasiyasının sədri Andrea Panzelin çıxışları dinlənilib.

Çıxışlarda energetika sektorunda çalışan qadınların bu sahənin inkişafındakı rolundan bəhs olunub, onların peşəkarlığı, innovativ yanaşmaları və dayanıqlı enerji gələcəyinin formalaşmasına töhfələri xüsusi vurğulanıb.

Sonra SOCAR-da müxtəlif sahələr üzrə çalışan qadın nümayəndələr tərəfindən şirkətin fəaliyyət istiqamətlərinə dair təqdimatlar edilib. Bu xüsusda, SOCAR-ın kommunikasiya və strateji tərəfdaşlıqlar, kəşfiyyat, işlənmə və hasilat, insan kapitalının inkişafı və inklüzivlik, inteqrə olunmuş qaz strategiyası, rəqəmsal transformasiya üzrə fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra “Women in Energy” Assosiasiyasının məqsədləri və fəaliyyət istiqamətlərindən bəhs edən təqdimat dinlənilib.

Tədbir çərçivəsində Assosiasiyanın nümayəndələri SOCAR-ın Baş ofisində Azərbaycan Nefti sərgisi, həmçinin Geofizika və Geologiya İdarəsində yeni nəsil avadanlıqlar, o cümlədən seysmik kəşfiyyatın dəqiqliyini artıran sistemlər, yüksək təzyiq şəraitində təhlükəsiz əməliyyatları təmin edən qurğular və real vaxt rejimində quyu idarəetməsini mümkün edən texnologiyalar ilə tanış olublar.

Qeyd edək ki, “Women in Energy” Assosiasiyasının nümayəndələrinin ölkəmizin enerji sektorunun inkişafında mühüm rol oynayan, dünyada açıq dənizdə qurulan ilk neft sənayesi komplekslərindən biri olan Neft Daşlarına səfəri də nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri