Gələcəyin ulduzları FOTO İdman və Biz
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda İnna Rıskal, Vera Lantratova, Yelana Şabovta, Alla Həsənova, Natalya Məmmədova, Oksana Parxomenko, Valeriya Korotenko, Polina Rəhimova kimi voleybol ulduzlarımızın davamçıları yetişir.
İdman.biz xəbər verir ki, ölkəmizdə ən çox sevilən idman növlərindən biri olan voleybolda gələcəyin ulduzlarının hazırlanması üçün böyük işlər görülür.
Həm Azərbaycan Voleybol Federasiyası, həm də klublar uşaq voleyboluna xüsusi önəm verirlər. Təbii ki, bu idman növündə flaqman hesab olunan “Azərreyl” də bu istiqamətdə görülən işlərdə ön sıralardadır.
Uşaq və yeniyetmə komandalarına xüsusi diqqət və qayğı ayıran klubda azyaşlıların voleybolun sirlərini böyük həvəs və səylə öyrənməsi də səbəbsiz deyil. Həm klubun adı, həm də onlarla əfsanəvi Alla Həsənovanın çalışması da uşaqlara əlavə motivasiyadır. “Azərreyl”in 10 və 14 yaşlı qızlardan ibarət komandasına rəhbərlik edən millimizin və “Azərreyl”in sabiq kapitanı yetirmələrinə inkişaf yollarını göstərir. Həsənova yeni Allalar, İnnalar, Lenalar, Leraların üzə çıxması üçün həm nəzəri, həm praktiki məşqlər keçir, lazım gələndə gənclik illərində olduğu kimi bəzi elementləri özü nümayiş etdirir.
İdman.biz 5-10 ildən sonra beynəlxalq arenada yığmamız və klublarımızın şərəfini qoruyacaq bu istedadların məşqindən fotoları təqdim edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















