Icma.az
close
up
RU
Gələn il Trampın Cənubi Qafqaza səfəri gözlənilir RƏY

Gələn il Trampın Cənubi Qafqaza səfəri gözlənilir RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ Prezidenti xüsusən də öz adını daşıyan "Tramp yolu"nun açılışında iştirak edə bilər


“Şərq” “Washington Times”də dərc olunan məqaləni ekspertlərlə təhlil edib 


Mərkəzi Asiya və Qafqaz son vaxtlar ABŞ-nin diqqətini cəlb edir. Bu barədə “Washington Times” yazıb. Məqalənin müəllifi Frederik Starr Amerika Xarici Siyasət Şurasında Avrasiya üzrə tanınmış tədqiqatçıdır. Məqalədə bildirilib ki, hər iki bölgənin ölkələri uzun sürən Rusiya hökmranlığının irsindən imtina ediblər. Amma buna baxmayaraq, Rusiya lideri Vladimir Putin və tükənmiş rus şovinistləri hələ də bu bölgələri “Moskvanın müstəsna imtiyaz zonasının bir hissəsi” hesab edirlər. Məqalədə qeyd olunub ki, sovet ittifaqının dağılmasından sonra ABŞ Mərkəzi Asiya və Qafqaza böyük ölçüdə maraq göstərməyib: "Heç bir prezident bu bölgələrə səfər etməyib. Sovet İttifaqının dağılmasından 2023-cü ilə qədər heç bir ABŞ prezidenti həmkarları ilə qrup şəklində görüşməyib. Bu arada, (Çin liderləri) Hu Jintao və Si Cinpin dəfələrlə bölgəni gəziblər, Putin də tez-tez orada olur". Nəşrin fikrincə, Mərkəzi Asiyada Amerika investisiyalarının artması və ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında gərgin münaqişənin həllində oynadığı rola görə Ağ Ev rəhbərinin regiona səfəri üçün əlverişli məqamdır: "Ən əsası, Putin Ukraynaya qarşı amansız müharibəsini davam etdirərkən, Baltik və Qara dəniz regionlarında NATO üzvlərini təhdid edərkən, Mərkəzi Asiya və Qafqazı da diqqətdə saxlayır. Hər ikisi onun Rusiyanı bir imperiya kimi yenidən qurmaq kimi utopik, amma təhlükəli xəyalının əsas hissələridir. ABŞ necə göstərə bilər ki, o, Putinin böyük strategiyasını başa düşür və onun öz imperiya ambisiyasını başqalarına sırımasına imkan verməyəcək? Yeni Amerika investisiyalarının axını, təhsil və mədəniyyət sahələrində çoxsaylı əlaqələr də bu məqsədə xidmət edir. Bununla belə, bu müxtəlif layihələrin hamısı ümumi strategiya olmadan baş verir. Prezidentin səfəri bunu həyata keçirməyin ən sadə, birbaşa və ən ucuz yoludur. Respublikaçılar və Demokratlar tərəfindən 34 il müddətinə təxirə salınan belə bir səfər Amerikanın Xəzər dənizinin hər iki sahilindəki ölkələri yaxşı tanıdığına və onların azad bazarlara və insan hüquqlarına hörmətə malik müstəqil və müasir dövlətlər kimi inkişaf etmək səylərini dəstəklədiyinə aydın siqnal verərdi". Nəşr qeyd edib ki, bu cür səfərlərin məqsədi Amerikanın regiona dair məlumatlılığını açıq şəkildə etiraf etmək, gələcək iqtisadi, mədəni və təhlükəsizlik əlaqələrini inkişaf etdirmək və ABŞ-nin təkcə ölkəyə görə deyil, region miqyasında strategiyaya aparan qarşılıqlı fəaliyyətə başlamaq olardı: "İndi Ağ Evin belə bir təşəbbüslə çıxış etməsi üçün doğru andır. Moskva və Pekin sonrakı gecikmələri Vaşinqtonun davam edən maraqsızlığının sübutu və onların payı artırmağa dəvəti kimi şərh edəcəklər. Regional dövlətlər belə nəticəyə gələcəklər ki, onlar Vaşinqtonun arxa planında qalırlar. ABŞ öz hərəkətsizliyi ilə Şimali Koreyadan İrana qədər Pekinin strategiyaları və şıltaqlıqlarının hakim olduğu böyük dövlətlər qrupunun yaradılmasına qoşula bilər".


Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, ABŞ Prezidenti D.Trampın Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına səfərləri mümkündür. Ekspert hesab edir ki, son dövrlər Ağ Evin həmin bölgələrə diqqətinin artdığı müşahidə edilir: 

seeBaxış sayı:304
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri